525.Az

Suriya Prezidenti və birinci xanım koronavirusa yoluxub


 

Suriya Prezidenti və birinci xanım koronavirusa yoluxub<b style="color:red"></b>

Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.

APA bildirir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb:

“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

Bəşər Əsəd və həyat yoldaşının vəziyyətinin yaxşı, stabil olduğu qeyd edilir.

 





08.03.2021    çap et  çap et