525.Az

İran səfirliyi Azərbaycan qadınlarını təbrik edib


 

İran səfirliyi Azərbaycan qadınlarını təbrik edib<b style="color:red"></b>

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

525.az APA-ya istinadən bildirir ki, səfirlik bu barədə rəsmi twitter səhifəsində paylaşım edib:

“Azərbaycanın bütün xanımlarını, analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi təbriklərimizi və Qarabağ müharibəsinin məğrur şəhidlərinin analarına, həyat yoldaşlarına, bacılarına və qızlarına ən səmimi təbriklərimizi çatdırırıq”.

 





08.03.2021    çap et  çap et