525.Az

Daha 195 nəfərdə koronavirus aşkarlandı: 71 sağalan, 6 ölən var


 

Daha 195 nəfərdə koronavirus aşkarlandı: 71 sağalan, 6 ölən var<b style="color:red"></b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 963 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib, 3 927 aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 4 624, hazırkı dövrədək isə 2 657 999 test aparılıb.

 





08.03.2021    çap et  çap et