525.Az

İtaliyalı qadın kosmonavt yenidən kosmosa göndəriləcək


 

İtaliyalı qadın kosmonavt yenidən kosmosa göndəriləcək<b style="color:red"></b>

İtaliyanın ilk qadın kosmonavtı Samanta Kristoforettinin gələn il bir daha Beynəlxalq Kosmik Stansiyaya gedəcəyi açıqlanıb.

 
525.az xəbər verir ki, ilk dəfə 2014-cü ilin noyabrında Avropa Kosmik Agentliyinin "Futura" (gələcək) adlı missiyası üçün kosmosa çıxan Kristoforetti, ümumilikdə 199 gün 16 saat müddətində Beynəlxalq Kosmik Stansiyada olub. O, bu missiya ilə kosmosda ən çox vaxt keçirən Avropa kosmonavtı olub.

 
Avropa Kosmik Agentliyinin (ESA) bu gün verdiyi açıqlamaya görə, Kristoforetti 2022-ci ilin yazında yenidən Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.

 
El Roman

 





08.03.2021    çap et  çap et