İsrail mərkəzli "MyHeritage" ailə ağacı saytı, istifadəçilərin ölmüş qohumlarını "DeepFake" texnologiyası ilə canlandıran bir tətbiqetmə hazırlayıb.
525.az xəbər verir ki, bu texnologiya süni zəkanın köməyi ilə üz şəkillərindən istifadə edərək yüksək gerçəkliyə sahib saxta videoların istehsalına imkan verir. Saytın tez-tez verilən suallar bölməsində yeni tətbiqetmənin "nostalji" məqsədi daşıdığı bildirilib:
"Sevdiklərimizi həyata qaytaran bu funksiya bəziləri tərəfindən sehrli, bəziləri tərəfindən isə ürküdücü kimi qəbul edilə bilər. Nəticələr mübahisəli ola bilər, ancaq bu texnologiyaya biganə qalmaq çətindir".
El Roman