525.Az

“Günəşdən gələn pay” adlı layihə Abdulla Şaiqin yubileyinə həsr olunub


 

“Günəşdən gələn pay” adlı layihə Abdulla Şaiqin yubileyinə həsr  olunub<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəsinin növbəti mövzusunu yazıçı, publisist, dramaturq, pedaqoq, ədəbiyyatşünas, tərçüməçi Abdulla Şaiqin 140 illik yubileynə həsr etdi.

525.az xəbər verir ki, əsas məqsəd, hazırlanmış video çarxda  şairin ev muzeyindən görüntülər təqdim etməklə, ədəbin irsini yaşatmaq, uşaq və yeniyetmələrə tanıtmaqdır.

 

Video çarxın sujet xəttində Abdulla Şaiq obrazının dilindən uşaqlara kitab və kitabxanaların əhəmiyyətli rolu vurğulanır, onların bir şəxsiyyət kimi formalaşmalarında, dünyagörüşlərinin artmasında,  söhbətcil, hazırcavab olmalarında mütaliənin əvəzolunmaz olduğu qeyd olunur.

Video-çarxda, ədibin sevilən əsərləri sırasında yer alan “Tıq-tıq xanım” mənzum nağılının baş qəhrəmanları Tıq-tıq xanımla Siçan bəyin barış səhnəsi təqdim edilir.

Aşağıdakı link vasitəsi ilə video çarxı izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=i9Zkq2ApuBw

 

 





09.03.2021    çap et  çap et