525.Az

Bank sektorunun xarici borcu ötən il 23% azalıb


 

Bank sektorunun xarici borcu ötən il 23% azalıb<b style="color:red"></b>

2020-ci ildə Azərbaycan bank sektorunun xaric borcu 23,1% azalaraq 447,2 mln. ABŞ dollarına enib.

525.az-ın "APA-Economics"ə istinadən xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabat dövrünün sonuna bankların cəmi öhdəliklərinin yalnız 2,8%-ni xarici borc təşkil edib.

Qeyd edək ki, ötən il bank sektorunun cəmi öhdəlikləri 2,8% azalaraq cari il yanvarın 1-nə 27 356,10 mln. manat təşkil edib. Öhdəliklərin 20 722,9 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

 





09.03.2021    çap et  çap et