525.Az

Mədəni irsin vəziyyətinə dair monitorinqin nəticələri UNESCO-ya göndərilib


 

Mədəni irsin vəziyyətinə dair monitorinqin nəticələri UNESCO-ya göndərilib<b style="color:red"></b>

44 günlük Vətən müharibəsi dövründə işğal olunmuş ərazilərdə mədəni irsimizə qarşı törədilən vandalizm aktları, habelə Gəncə, Bərdə və digər yaşayış ərazilərinə raket hücumları ilə əlaqədar UNESCO və İSESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlanıb.

525.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bununla yanaşı, müharibədən sonrakı dövrdə azad edilmiş torpaqlarda mədəni irsin vəziyyətinin müəyyənləşdirilməsi üçün həyata keçirilən ilkin monitorinqin nəticələrinə dair müvafiq hesabatların UNESCO-ya göndərilməsi təmin olunub.

 





09.03.2021    çap et  çap et