525.Az

Xarici İşlər naziri BMT rəsmisi ilə videoformatda görüşdü


 

Xarici İşlər naziri BMT rəsmisi ilə videoformatda görüşdü<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Mark Loukok ilə videokonfrans formatında görüşü keçirilib. Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri iştirak ediblər.

Bu barədə 525.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Videokonfransda tərəflər bölgədə hazırda mövcud olan vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərində BMT və müvafiq Agentlikləri ilə humanitar fəaliyyət sahəsində əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





09.03.2021    çap et  çap et