525.Az

Milli Kitabxanadan 8 Mart sərgisi


 

Milli Kitabxanadan 8 Mart sərgisi<b style="color:red"></b>

"Hər il martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirib. Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Ölkəmizin siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrində öz sözünü demiş qadınlar xüsusilə son dövrlərdə yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib".

Bu fikirlər Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "8 mart - Beynəlxalq Qadınlar Günü" adlı virtual sərgi ilə bağlı açıqlamada yer alıb.

Virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur:

"Milli Kitabxananın əməkdaşları da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara, ailədə, ictimai işlərdə və ölkəmizin həyatında daim fəal olmalarını arzulayırlar".

 





06.03.2021    çap et  çap et