525.Az

8 Martda hava necə olacaq?


 

8 Martda hava necə olacaq?<b style="color:red"></b> Martın 7-8-də Abşeron yarımadasında güclü xəzri əsəcək, temperatur əvvəlki günlə müqayisədə aşağı enəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bu isə meteohəssas insanlarda diskomfort hissi yaratsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası əlverişli olacaq.
 
Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi axşama doğru mülayimləşək. Gecə 2-4 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah yağıntının tədricən kəsiləcəyi gözlənilir. Duman olacaq, şərq külək əsəcək. Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.
Dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq, gündüz isə 1-6 dərəcə isti olacaq.
 





07.03.2014    çap et  çap et