525.Az

"Unutmadıq, şəhidim" kitabının onlayn təqdimatı keçirildi


 

"Unutmadıq, şəhidim" kitabının onlayn təqdimatı keçirildi<b style="color:red"></b>

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Esmira Günəşin "Unutmadıq şəhidim" adlı kitabının təqdimatı keçirilib.

525.az-a verilən məlumata görə, onlayn formada təşkil olunan tədbirdə şəhid ailələri və onların yaxınları iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan Esmira Günəş kitabın ərsəyə gəlməsindən söz açıb. O, lll cildlik kitabında şəhid ailələrini ziyarət etdiyini, bir çox şəhidlərimizin tanınması üçün yazılarının qəzet və saytlarda yayımlandığını bildirib.

Çıxış edən iştirakçılar belə tədbirlərn təqdirəlayiq olduqlarını vurğulayıblar.

Ucar Rayon MKS-nin 8 saylı Müsüllü qəsəbə kitabxanasının rəhbəri Əfsanə Həsənov yaşadığı bölgənin şəhidləri haqqında məlumatları paylaşıb.

Yazar Şəlalə Ağayeva çıxışında bildirib ki, şəhidlərimizdən nə qədər yazsaq, nə qədər tanıtmağa çalışsaq da onların haqqını ödəyə bilmərik:

“Bütün nəsillər şəhidlərimizi tanımalı, xatirələrini əziz tutmalıdır”.

Bədii hissədə şagirdlər Esmira Günəşin şəhidlərə həsr olunmuş şeirlərini söyləyiblər.

 





10.03.2021    çap et  çap et