525.Az

“Qonağım ol” rubrikasının növbəti qonağı Arif Hüseynov olacaq


 

 “Qonağım ol” rubrikasının növbəti qonağı Arif Hüseynov olacaq<b style="color:red"></b> Əsərlərində tariximizə, onun zəngin etnoqrafiyasına, adət-ənənələrinə, milli dəyərlərimizə bağlı olan rəssamlardan biri də görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynovdur. Sənətkar biri-birindən maraqlı saysız hesabsız qrafik işləri, illüstrasiyaları ilə keçmişlə bu günü özündə bişləşdirən mənəvi körpü yaradır.

525.az xəbər verir ki, “Qonağım ol”rubrikasının əsas məqsədi rəssamla uşaqlar arasında virtual görüşü təmin etməklə, onların intellektual səviyyələrinin inkişafını stimullaşdırmaq, uşaqları rəssamın yaradıcılığı ilə yaxından tanış etmək və canlı yayım vasitəsilə diskussiya aparmaq imkanını yaratmaqdır.

Virtual görüş çərçivəsində rəssam izləyicilərə yaradıcılığı, fərdi və qrup sərgiləri haqqında ətraflı məlumat verəcək. Həmçinin, canlı yayıma qoşulan izləyicilərin onları maraqlandıran suallarına cavab verəcəkdir.


Qeyd edək ki, onlayn görüş martın 12-də saat 12-00 də kitabxananın “İnstagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.

 





10.03.2021    çap et  çap et