525.Az

MEK “Низами Гянджеви” adlı rus-dilində videoslaydı təqdim edir


 

MEK “Низами Гянджеви” adlı rus-dilində videoslaydı təqdim edir<b style="color:red"></b> Bildiyimiz kimi, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.

Qeyd edək ki, bugünə kimi, AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Nizami Gəncəvinin əsərləri, həmçinin dahi şairə həsr olunmuş əsərlərdən ibarət 3 hissəli videoslayd hazırlanıb və burada 150-dən artıq dəyərli nəşrlər yer alıb.

525.az-a verilən məlumata görə, bu dəfə isə, MEK “Nizami Gəncəvi İli” çərçivəsində kitabxananın fondlarında saxlanılan seçmə nəşrlərdən hazırlanmış “Низами Гянджеви” adlı videoslaydı rus dilində təqdim edir.

 





11.03.2021    çap et  çap et