525.Az

Xaqani Şirvani ilə bağlı metodik vəsait təqdim edildi


 

Xaqani Şirvani ilə bağlı metodik vəsait təqdim edildi <b style="color:red"></b> Respublika Uşaq Kitabxanası Xaqani Şirvaninin 895 illiyinə həsr olunan metodik vəsaiti istifadəçilərə təqdim edib.

Kitabxanadan 525.az-a verilən məlumata görə, vəsait Əfzələddin Xaqani Şirvaninin 895 illiyi münasibətilə kitabxanaların uşaq şöbələri MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər üçün nəzərdə tutulub.

Ədibin, zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətul-İraqeyn" poeması daxildir.

Vəsait iki hissədən ibarətdir. I hissə “Azərbaycan və dünya poeziyasının qiymətli incisi” adlanır və Ə. Xaqaninin həyat və yaradıcılığından bəhs edir. II hissədə isə Ə. Xaqani yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır.

Aşağıdakı link vasitəsi ilə metodik vəsaitlə yaxından tanış ola bilərsiniz.

https://www.clb.az/kamal-mayasnda-bir-zrry-dnn-air-xaqani-irvani_d3057.html

 





11.03.2021    çap et  çap et