Türk dünyasının ortaq ədəbi jurnalı, Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan "Kardeş kalemler"in fevral sayı nəşr edilib. Jurnalın bu sayı Ali Akbaşın "Heyyamola Heyyamo" adlı şeiri ilə açılır.
Ənənəvi olaraq bu sayda da azərbaycanlı yazarların ədəbi nümunələri yer alıb. Jurnalda Vaqif Bəhmənlinin, Gülnar Səmanın şeirləri, yazıçı Pərvinin "Adını bulamadığım yazı"sı işıq üzü görüb.
Jurnalda Kenan Çarboğanın tərcüməsində Başqırdıstanın Xalq şairi Mustay Karimin şeirləri də yer alıb.
Nermin Taşerin tərcüməsində rus şairi Pyotr Vyazemskiyin şeirləri və onun haqqında qısa məlumat oxuculara təqdim olunub.
Ahmet Bican Ercilasunun təqdimatında Abdukadir Calalidinin "Dönüşüm yok" adlı şeiri və həmin şeir haqqında geniş təhlil də bu saydadır.
Jurnalda Kazat Akmatovun "Munabiya" əsərindən bir hissə yer alıb. Əsərin davamı növbəti sayda dərc ediləcək.
Fevral sayında Ferit Yahinin "Ak nineler duası" hekayəsi Derya Biçerin, Celal Ali Ahmedin "Hırsızlık" hekayəsi Esra Yalçıntaşın, Kadırkul Ömürkolovun "Tarla kuşunun yuvası" hekayəsi isə Emrah Altıokun tərcüməsində verilib.
Jurnalın son səhifələrində türk dünyasının ədəbi-mədəni hadisələrinə dair xəbərlər yer alıb.
Nadir RZALI
çap et