525.Az

"Sözün nizamı" festivalı davam edir


 

"Sözün nizamı" festivalı davam edir<b style="color:red"></b>

Bakı Uşaq və Gənclər Teatrı "Sözün nizamı" adlı bədii qiraət festivalı keçirir.

AZƏRTAC xəbər verir ki, "Bir teatr, bir festival" layihəsi çərçivəsində reallaşan sayca beşinci festival dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edirlər.

Aktyorlar tərəfindən təqdim olunan videomateriallar Bakı Uşaq və Gənclər Teatrının "YouTube" kanalında yerləşdirilir.

Bədii qiraət festivalının nəticələri onlayn səsverməyə uyğun dəyərləndiriləcək.

Festivala 10 mart - Milli Teatr Günündə yekun vurulacaq.

 





10.03.2021    çap et  çap et