525.Az

YAP Gənclər Birliyində yeni sədr - Yenilənib


 

YAP Gənclər Birliyində yeni sədr - <b style="color:red">Yenilənib</b>

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.

YAP mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir.

Artıq bu barədə müvafiq qərar qəbul olunub. Bəxtiyar İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.

*** 16:20

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin yeni sədri seçilib.

525.az-ın məlumatına görə, YAP-ın Gənclər Birliyinin bu gün keçirilən iclasında sədr seçkisi keçirilib.

Bəxtiyar İslamov YAP Gənclər Birliyinin sədri seçilib.

O, buna qədər “ASAN Könüllüləri” Təşkilatının sədri olub.

 





11.03.2021    çap et  çap et