525.Az

YAP Gənclər Birliyinin Şurası ləğv olundu


 

YAP Gənclər Birliyinin Şurası ləğv olundu<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Şurası ləğv olunub.

525.az-ın məlumatına görə, nizamnaməyə edilən dəyişikliyə əsasən, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvlərinin sayı isə 2 dəfə artırılaraq 15 nəfərdən 30 nəfərə qaldırılıb.

Bu gün keçirilən iclasda İdarə Heyətinin üzvləri seçilib.

Qeyd edək ki, Bəxtiyar İslamov bu gün keçirilən iclasda YAP Gənclər Birliyinin sədri seçilib.

 





11.03.2021    çap et  çap et