525.Az

Beynəlxalq Türk Akademiyası Gəncədə konfrans keçirəcək


 

Beynəlxalq Türk Akademiyası Gəncədə konfrans keçirəcək<b style="color:red"></b>

COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, yaxın vaxtlarda Nizami Gəncəvinin doğulduğu Gəncə şəhərində Beynəlxalq Türk Akademiyası tərəfindən daha bir beynəlxalq konfransın təşkili istiqamətində hazırlıq gedir.

Bu bərədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Akademiya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə "Nizami Gəncəvi 880: Dünya irsinə töhfəsi" adlı birgə veb-konfransda açıqlama verib.

O qeyd edib ki, konfransda Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, şair Nizami Gəncəvinin əsərlərini dünya dillərinə çevirən tərcüməçilərin, nizamişünas alimlərin və ədəbiyyatşünasların iştirakı gözlənilir. Bu tədbir çərçivəsində şairin "Leyli və Məcnun" əsərini Qazaxıstanda səhnələşdirən K.Kuanışbayev adına Qazaxıstan Milli Akademik Teatrının yaradıcı qrupunun Gəncə və Bakı şəhərlərinə səfəri, orada əsərin tamaşaya qoyulması nəzərdə tutulur.

 





11.03.2021    çap et  çap et