525.Az

Din və dövlət münasibətləri milli maraqlar kontekstində


 

Din və dövlət münasibətləri milli maraqlar kontekstində<b style="color:red"></b>

Azərbaycan dövləti digər sahələr kimi, din dövlət münasibətlərinə xüsusi diqqətlə yanaşır. Din siyasətini pozitiv dünyəviçilik əsasında quran Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, bütün dini icmalara bərabər imkanların yaradılmasına ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib. Dövlət başçısının bilavasitə qayğısı nəticəsində ibadət evlərinin təmiri, bərpası əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işlər məhz bu sahəyə olan diqqətin təzahürü olmaqla bərabər dövlətin din münasibətlərinin konstruktiv xarakter daşıdığını bərabərlik prinsipinin üzərində qurulduğunu göstərir. İnkişaf etmiş cəmiyyətlərə xas olan tolerantlığın cəmiyyətimizin başlıca üstünlüklərindən olması qürurvericidir. Azərbaycanda dini dözümlülük tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Çünki bu amil dövlətçiliyimizin qorunmasında inkişafında əhəmiyyətli rola sahibdir.

Müstəqillik əldə etdikdən sonrakı illər ərzində bir sıra sahələrlə yanaşı dini azlıqların hüquqlarının qorunması təminatı istiqamətində mühüm addımlar həyata keçirildi. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Qanun qəbul edildi. Şəraitə uyğun olaraq, həmin qanuna 1996 1997-ci illərdə müvafiq düzəlişlər olundu. Din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində bir sıra islahatlar həyata keçirən ulu öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranması təsdiq edildi. Həmin fərmanla müəyyən olundu ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

Sevindirici haldır ki, keçən müddət ərzində Komitə üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirərək, din-dövlət münasibətlərinin formalaşmasında əhəmiyyətli addımlar atdı. Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün əlindən gələn heç bir işi əsirgəmir. Bu yolda müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq da edilir. Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminarlar, dəyirmi masalar digər tədbirlər təşkil edir, habelə dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir.

Dövlət Komitəsinin sədri Elşad İskəndərovun sözlərinə görə, belə tədbirlərin əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması sosial problemlərin həlli prosesinə cəlb olunmasını diqqətə çatdırmaqdır. O, dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq, bunun nümunəsi kimi son illərdə dövlət başçısının qayğısı nəticəsində ibadət evlərinin təmiri, bərpası yenidən əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işləri göstərib.

Sözügedən Komitə tərəfindən yaradılan Milli Tolerantlıq Mərkəzinin Azərbaycandakı müsəlman, pravoslav, katolik, xristian, yəhudi protestant dini icmalarının nümayəndələri, həmçinin dini liderlər arasında birbaşa dialoqun təşviqi dinlərarası tolerantlıq üzrə təlim seminarların keçirilməsi məqsədi ilə atdığı addımlar da dövlət din münasibətləri baxımından təqdirəlayiq haldır.

Fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədov Azərbaycanda həm tarix boyunca, həm müstəqillik əldə etdikdən sonrakı illər ərzində dərin tolerantlıq ənənələrinin mövcud olduğunu bildirib. Ölkədə din dövlət münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən E.Səmədov Azərbaycanın dünyəvi dövlət olduğunu, dinin dövlətdən, dövlətin dindən ayrı olmasının konstitusiyada göstərildiyini diqqətə çatdırıb: "Buna görə dövlətin sosial, siyasi, iqtisadi hüquqi fəaliyyətini müəyyən edən qanunlar qəbul edilərkən dinin bu mövzudakı əmr qadağalarına görə deyil, sosial ehtiyaclara görə edilir. Dövlət quruluşunun əsası olan dünyəvilik, din vicdan azadlığını dövlət təminat altına alır. Həqiqi din azadlığı ancaq dünyəvi bir dövlətdə ola bilər. Çünki ancaq belə bir dövlətdə vətəndaşlar heç bir müdaxilə olmadan öz dinlərini seçə bilir bu dinlərin qaydalarına lazımi ölçüdə əməl edirlər. Dünyəvi bir dövlət din azadlığı, hər hansı dinə inanma onun ibadətlərini yerinə yetirmə azadlığını təmin etdiyi kimi, vətəndaşların istərsə heç bir dinə inanmama heç bir dinin ibadətləri yerinə yetirməmə azadlığını da təmin edir. Sevindirici haldır ki, dövlətimiz bu sahədə örnək göstərilir. Dövlətimizin vətəndaşı ilə münasibəti dini ideoloji deyil, ədalət çərçivəsindədir. Həmçinin dövlətimiz cəmiyyətin mənəvi dəyəri olan dinə hörmətlə yanaşır. Dövlət içində din vicdan azadlığı hakimdir hər bir şəxs istədiyi dinə etiqad edə bilər. Eyni dini qəbul edənlər öz aralarında dini icmalar qura bilərlər. Dövlət, ictimai ədəb əxlaq, hüquqi nizam təhlükəsizlik baxımından problem yaratmadıqca heç bir dini qadağan etmədiyi kimi heç bir dinə qarşı xüsusi bir himayə göstərə bilməz. Dövlətimiz dinlərə qarşı tamamilə qərəzsizdir. Unutmaq lazım deyil ki, dövlət cəmiyyətin siyasi üstqurum hadisəsi olaraq dinlərin fövqündə duran bir sistemdir. Konstitusiyamızda din vicdan azadlığı, din-dövlət münasibətləri bu anlayış üzərində qurulub. Azərbaycanda dövlət iki qurumla vətəndaşların dini hüquqlarını təmin edir, bu sahədəki məsələləri tənzimləyir. Birincisi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Bu qurum daha çox dövlətin din sahəsindəki rəsmi mövqeyini təmsil etməklə, dövlətin dinlə bağlı siyasətinin qurulmasına xidmət edir. Bu rəsmi dövlət qurumu din-dövlət münasibətlərini əsaəs üç amillə tənzimləyir - azərbaycançılıq, dünyəvilik milli-mənəvi dəyərlər. Bu kontekstdə inkişaf etdirilən din-dövlət münasibətləri cəmiyyətimizin müsbət istiqamətdə inkişafına təkan verir. Dövlət-din münasibətlərini tənzimlənməsində ikinci qurum isə Qafqaz Müsəlmanları İdarəsidir. Qafqaz Müsəlmanları İdarəsi rəsmi dövlət qurumu olmasa da dövlət maraqlarına bağlı olaraq ölkədə dini həyatın inkişafında birbaşa təsiri olan bir qurum kimi böyük əhəmiyyət daşıyır. Əminliklə deyə bilərik ki, Azərbaycanda din-dövlət münasibətləri demokratik dəyərlərlə nizama salınıb".

Onun sözlərinə görə, ölkədə olan din-dövlət münasibətlərinin milli dini birliyin qorunub-saxlaması üçün Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının böyük əhəmiyyətə malikdir: "Amerika din ancaq insanların mənəvi ehtiyaclarını təmin etmək üçündür. Yəni heç bir siyasi-ideoloji təsir gücü yoxdur. İnsanlar burada ancaq mənəvi ehtiyaclarını ödəyirlər. Milli məsələdə isə amerikan kimliyi üstündür. Artıq kimin burada hansı etnosun daşıyıcı olması heç bir önəm kəsb etmir. Orada bu, insanların təfəkküründə formalaşıb. Onların hər bir vətəndaşı bütöv - çoxmillətli çoxdinli Amerikanı sevir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası elə buna xidmət edir. Bu baxımdan azərbaycançılıq ideologiyası həmin Amerika təfəkkürü ilə çox oxşardır. Bu gün güclü Azərbaycan dövləti var. Bu heç bir millətin adını ifadə eləmir, bu bütövlükdə bir coğrafi məkanın adıdır. Burada yaşayan bütün millətlərin nümayəndələri ölkəmizin vətəndaşı olaraq bərabərhüquqludur. Biz bu gün Azərbaycanı türk, talış, ləzgi, saxur, yəhudi, inqiloy, kürd olaraq da yaşatmalıyıq, Azərbaycana xidmət eləməliyik, öz fəaliyyətimizi azərbaycançılıq ideologiyası üzərində daha da dərinləşdirməliyik. Bizim milli dini birliyimizin qorunmasının əsas yolu azərbaycançılıq ideologiyasından keçir".

Qafqaz Müsəlmanları İdarəsinin Fətvalar şöbəsinin müdiri hacı Mirəziz Seyidzadə Azərbaycanın din sahəsində apardığı siyasətin fikir söz azadlığı, vicdan azadlığı üzərində qurulduğunu, beynəlxalq hüquq prinsipləri normalarına, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına digər normativ-hüquqi aktlara əsaslandığını vurğulayıb. O bildirib ki, Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr fəaliyyət göstərir müxtəlif dini icmaların fəaliyyəti azaddır: "Azərbaycanda 160 ildir "Bibliya" çap olunur. Prezidentimizin ayırdığı vəsait hesabına "İohan" kilsəsi bərpa olunub. Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, dini mövzularda beynəlxalq konfranslar görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür. Bütün bunlar din-dövlət münasibətlərinin nümunəvi modelidir. Prezidentimizin dini dəyərlərin qorunub-saxlanılması ilə bağlı siyasəti təqdirəlayiqdir. Bu, məhz Heydər Əliyev siyasətinin davamıdır. Heç bir din məzhəb ayrıseçkiliyinə yol verilmədən, bütün dini icmalar dövlətin maddi mənəvi yardımından yararlanaraq, öz fəaliyyətini həyata keçirir. Dövlət tərəfindən dini müəssisələrə xeyli yardım göstərilir. Bütün bunlar dövlətin xidmətidir bunu danmaq olmaz. İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac problemləri ilə maraqlanır. Prezident müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar Prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür. İlham Əliyev dinlə bağlı problemlərin həllinə bilavasitə yardımçı olur. Bu, bizim üstünlüyümüz, böyük sərvətimizdir. Bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyaların mövzusuna çevrilir".

Qarabağ seyid ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ölkədə dövlət din münasibətlərinin çox yüksək səviyyədə olduğunu deyərək dövlətin bu sahədə yürütdüyü siyasətin təqdirəlayiq olduğunu ifadə edib. Dövlətin dinə münasibətinin dözümlü olduğunu deyən C.Əzimbəyli din-dövlət münasibətlərinin yüksək səviyyədə saxlanılmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinin təqdirəlayiq olduğunu deyib.

Aqil LƏTİFOV

Yazı Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





07.03.2014    çap et  çap et