525.Az

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza səfər etməyi planlaşdırır


 

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza səfər etməyi planlaşdırır<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter iyun ayında Cənubi Qafqaza səfər etməyi planlaşdırır.

APA-nın diplomatik mənbələrə istinadən xəbərinə görə, D.Burkhalter regionun hər üç ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Səfər çərçivəsində bu ölkələrin ATƏT-lə əməkdaşlıq imkanları, regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ konfliktinin nizamlanması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, İsveçrə Cənubi Qafqazı 2014-cü ildə ATƏT-ə sədrliyinin əsas coğrafi prioritetlərindən biri elan edib.

 





07.03.2014    çap et  çap et