525.Az

"Azərbaycan Ordusunun təlimləri risk yaratmır"


 

"Azərbaycan Ordusunun təlimləri risk yaratmır"<b style="color:red"></b>

“Azərbaycanda keçirilməsi planlaşdırılan təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin martın 15-də Azərbaycanda keçirilməsi planlaşdırılan hərbi təlimlərin Qarabağla bağlı üçtərəfli bəyanatın icrasına təhlükə yaratması ilə bağlı sualına cavabında bildirib.

“Hərbi təlimlər, adətən, bütün Cənubi Qafqaz ölkələri tərəfindən keçirilir. Bu təlimlər müntəzəm əsasda keçirilir və müvafiq məlumatlar maraqlı tərəflərə vaxtında çatdırılır.  Bizdə olan məlumatlara görə, Azərbaycandakı hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib. Təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

"Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli işçi qrupu çərçivəsində Bakı və İrəvan konstruktiv yanaşma nümayiş etdirir".

M. Zaxarova üçtərəfli işçi qrupun əsas vəzifəsinin regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirməkdən ibarət olduğunu xatırladıb:

“Ümid edirik ki, müsbətə istiqamətlənmiş bu niyyət Azərbaycan və Ermənistanın rəsmi şərhlərində və media məkanında da üstünlük təşkil edəcək”.

 





12.03.2021    çap et  çap et