525.Az

İtaliyanın nüfuzlu portalında Azərbaycan haqqında silsilə məqalələr dərc olunub


 

İtaliyanın nüfuzlu portalında Azərbaycan haqqında silsilə məqalələr dərc olunub<b style="color:red"></b> İtaliyanın nüfuzlu “İl Giornale” qəzetinə bağlı “İnsideover” portalında jurnalist Emanuel Pietrobonun müəllifliyi ilə son günlər ərzində silsilə məqalələr dərc olunub.

525.az xəbər verir ki, məqalələr İtaliya-Azərbaycan strateji tərəfdaşlığı, Azərbaycanla Vatikan arasında yaxın əlaqələr, Azərbaycan-İsrail münasibətləri, Prezident İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair  təklif etdiyi 3+3 formatı, Zəngəzur dəhlizi və onun əhəmiyyəti barədə silsilə məqalələr dərc olunub.

“Azərbaycan İtaliyanın fundamental tərəfdaşıdır” başlıqlı dərc edilmiş məqalədə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının əhəmiyyəti, bu xüsusda son illərdə həyata keçirilmiş yüksək səviyyəli səfərlər və 2020-ci ilin 21-22 fevral tarixlərində Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri və həmin səfər zamanı imzalanmış “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” və onun Azərbaycanla əməkdaşlıqda İtaliya üçün yaratdığı böyük imkanlar, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə yaxın əməkdaşlıq haqqında danışılır.

“Vatikan və Azərbaycan, mədəniyyət və sülh üçün birlikdə” sərlövhəli məqaləsində müəllif Azərbaycanla Vatikan arasında uzun illərdən bəri formalaşmış yaxın əlaqələr, bu əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələrin bərpası, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin Vatikana son səfəri zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması barədə məlumat verir və bu kimi təşəbbüslərin Azərbaycan ilə Vatikan arasında əlaqələrin daha möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırır.

Müəllifin “İsrail ilə Azərbaycan arasındakı ittifaq” başlıqlı məqaləsində Azərbaycan-İsrail münasibətlərinə nəzər salaraq iki ölkə arasında siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə mövcud sıx əməkdaşlıqdan, İsrail dövlət rəhbərlərinin və dünya yəhudi təşkilatlarının liderlərinin Azərbaycana səfərlərindən bəhs edir, eləcə də ölkəmizdə yəhudi icmasının həyatı və Azərbaycanın multikultural ənənələri barədə danışır.

Habelə, müəllifin “Azərbaycandan Qafqazda sülhün təmin edilməsi üçün təklif” başlıqlı məqaləsində Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı barədə geniş məlumat verilir, region dövlətləri arasında sıx inteqrasiyanın təmin olunmasına xidmət edəcək bu platformanın regionda davamlı sülhə gətirəcəyi, bu xüsusda Azərbaycanın liderliyi ilə bağlı məqamlar diqqətə çatdırılır.

Müəllifin Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edən “Zəngəzur dəhlizi, Ermənistan və Azərbaycan arasında sülh üçün açar” başlıqlı yazısı da yer alıb. Məqalədə bu dəhlizin 10 noyabr üçtərəfli bəyanatından irəli gəldiyi, bu yeni bağlantı dəhlizinin əhəmiyyəti, regionda nəqliyyat-komunikasiya imkanlarının inkişafı və davamlı sülhün və tərəqqinin təmin edilməsində oynaya biləcək rolundan bəhs edilir.
 
Məqalələrə keçid aşağıdakı linklər vasitəsilə mümkündür.


https://it.insideover.com/economia/azerbaigian-un-partner-fondamentale-dellitalia.html https://it.insideover.com/religioni/vaticano-e-azerbaigian-insieme-per-la-cultura-e-per-la-pace.html/amp?__twitter_impression=true
https://it.insideover.com/politica/lalleanza-tra-israele-e-azerbaigian-spiegata.html
https://it.insideover.com/politica/dallazerbaigian-una-proposta-per-la-pace-nel-caucaso.html
https://it.insideover.com/economia/il-corridoio-di-zangezur-la-chiave-per-la-pace-nel-nagorno-karabakh.html

 





12.03.2021    çap et  çap et