525.Az

Humanitar fəaliyyətin təşkili prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı


 

Humanitar fəaliyyətin təşkili prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı <b style="color:red"></b>

Bu yazıda vətəndaş cəmiyyəti institutlarının aparıcı qüvvəsi olan QHT-lərin keçən illlər ərzində ölkəmizdə humanitar fəaliyyətin təşkilindəki rolu, əldə etdikləri uğurlar üzləşdikləri çətinliklər barədə məlumat verərək, bu sahədəki vəziyyətə qısaca nəzər salacağıq.

1988-ci ildən etibarən Ermənistanda yaşayan azərbaycanlıların kütləvi hamılıqla deportasiya olunması bunun ardınca  Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi bir milyondan artıq soydaşımızın qaçqın məcburi köçkün vəziyyətinə düşməsinə bütövlükdə ölkədə humanitar böhranın yaranmasına səbəb oldu. Heç kimin belə bir böhranlı vəziyyətə hazır olmadığı kimi, yenicə yaranmağa başlayan qeyri-hökumət təşkilatları da bu ağır duruma hazır deyildilər. Əslində isə müasir qeyri-hökumət təşkilatları məhz həmin hadisələrin diqtəsi yaranmış gərgin vəziyyətin tələbinə uyğun buna paralel  olaraq yaranmağa başladı.

Humanitar böhranın ilk illərində təcrübənin az olmasına baxmayaraq, 1991-ci ildə 52, 1992-ci ildə 146 , 1993- ildə 160 sonrakı illərdə yüzlərlə QHT yaranıb fəaliyyətə başladı ki, bunların da bir qisminin əsas missiyası qaçqın məcburi köçkünlərə maddi mənəvi dəstək olmaq işğalın nəticələrini gücləri çatan səviyyədə aradan qaldırmağa köməklik etməkdən ibarət idi.

Qısa olaraq, milli QHT-lərin  Azərbaycanda humanitar fəaliyyətin təşkilində iştirakını ümumiləşdirsək, onları  5 əsas hissəyə bölmək olar: humanitar yardımların paylanılması; sosial dayanıqlıq reabilitasiya; infrastrukturun yaxşılaşdırılması; institutlaşma icma inkişafı; təlim məsləhət.

 

Humanitar yardımın paylanması

 

90- illərin əvvələrində QHT-lər tərəfindən sistemli kütləvi yardımlar təşkil etmək mümkün olmasa da, bir sıra cəmiyyətlər beynəlxalq təşkilatlardan əhalidən könüllü ianələr toplayaraq onları  qaçqın məcburi köçkünlərə çatdırmağa çalışırdılar. İlk belə təşkilatlardan olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Qaçqınlar Cəmiyyəti, Pəmbək xeyriyyə cəmiyyəti, Xocalı xeyriyyə cəmiyyəti, Haqq Ədalət Təşkilatı digər minlərlə qaçqın məcburi köçkünün müvəqqəti məskunlaşmasına, onların isti paltar ərzaqla təmin olunmasına köməklik göstərdi. Sonralar yeni qaçqın kütləsinin yaranması beynəlxalq humanitar təşkilatların fəaliyyətinin genişlənməsi QHT-lərin bu sahədəki missiyasına yeni dəyişikliklər etməsinə səbəb oldu. 1994- ildən etibarən QHT-lər beynəlxalq təşkilatlar xarici həmkarları ilə birlikdə iri həcmli humanitar yardımların paylanması işində yaxından iştirak etməyə başladılar. Həmin ilin yayında yaranan "Həyat" humanitar təşkilatı tərəfindən Beynəlxalq ərzaq proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığı, Beynəlxalq İslam Dayaq Təşkilatı digər bu kimi  qurumların maliyyəsi hesabına  35 min məcburi köçkünə 724 tona yaxın müxtəlif növ ərzaq məhsulları, 26 min nəfərə isə çadır, mətbəx geyim ləvazimatı paylanıldı.

Bundan başqa yataq, məktəb ləvazimatları, kitab, isti paltar, gigiyenik dəst s. kimi qeyri-ərzaq humanitar yardımlar Azərbaycan Qızıl Aypara Cəmiyyəti, "Ümid" humanitar sosial dayaq mərkəzi, Tutu uşaq mədəniyyət mərkəzi, Buta Humanitar Uşaq fondu, Azərbaycan qaçqın məcburi köçkünlərə yardım cəmiyyəti tərəfindən on minlərlə bu təbəqədən olan insanlara çatdırıldı.

 

Sosial dayanıqlıq reabilitasiya

 

90- illərin ortalarından başlayaraq humanitar yardımdan sosial inkişaf reabilitasiya strategiyasına keçid qaçqın məcburi köçkünlərin həyatında yeni mərhələnin əsasını qoydu. Bu dövrdə qaçqın məjburi köçkünlər üçün yeni yerlərinin gəlir gətirən sahələrin yaradılması istiqamətində QHT-lər xeyli uğurlar əldə etdilər. Hər ailəyə 5 baş kiçik buynuzlu mal-qaranın  verilməsi nəticəsində 2,267 ailə olmaqla 12,867 nəfər fərdi təsərrüfat yaradaraq davamlı gəlir mənbəyi əldə etməyə nail oldu. Kənd yerlərində yaşayan 215,712 nəfər qaçqın məcburi köçkünə bitkiçiliklə məşğul olmaq qazanc əldə etmək üçün 13 növdə 15 ton  bitki toxumu paylanıldı. Bu imkandan faydalanan köçkünlər növbəti illərdə daha çox məhsul əldə edib, müəyyən səviyyədə öz məşğulluqlarını təmin edə bildilər.

QHT-lər tərəfindən uğurla həyata keçirilən layihələrdən biri məcburi köçkünlərin pullu xidmət sahələrinin yaradılması kiçik sahibkarlıq fəaliyyətilə məşğul olmalarına yardım etməkdən ibarət idi. Belə ki, məcburi köçkünlər xüsusi peşə hazırlıq kurslarında bərbər, dərzi, bənna, dülgər digər peşələrə yiyələnməklə pullu xidmət sahələri açmağa müvəffəq oldular. Bundan başqa QHT-lər tərəfindən 4-7 məcburi köçkün az təminatlı şəxslərdən ibarət "Yığım Kredit" qruplarına sahibkarlıqla məşğul olmaq üçün borclar verilərək, bir müddətdən sonra bu qrupların yaratdığı hər bir fondda 2 milyon manatdan çox vəsait toplanmışdı. Nəticədə 3500 nəfər ümumilikdə bu proqramdan faydalanmışdı.

Məcburi  köçkünlərin sosial dayanaqlığının təmin olunmasında BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığı, Mərhəmət Korpusu, Danimarka Norveç qaçqınlar şuralarının maliyyə dəstəyilə Həyat humanitar təşkilatı Ümid humanitar Sosial dayaq mərkəzi xüsusi fəallıq göstəriblər.

Məcburi köçkünlərin, xüsusilə uşaq yeniyetmələrin psixoloji reabilitasiyası sahəsində QHT-lərin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Keçən müddət ərzində Buta humanitar uşaq fondu, Azərbaycan Uşaqlar Birliyi, Təbib Tələbələr Asossasiyası, Təkamül İctimai Asossasiyası, Avropanın Gənc Azərbaycanlı Dostları digər təşkilatlar tərəfindən minlərlə uşaqların psixoloci reabilitasiyası üçün çoxlu sayda layihə həyata keçirilmiş, bu məqsədlə müxtəlif yerlərdə uşaq yay məktəbləri düşərgələri təşkil edilib.

İnfrastrukturun yaxşılaşdırılması

 

Məcburi köçkün qaçqın ailələrinin müvəqqəti məskunlaşdığı yaşayış istifadə etdikləri sosial obyektlərin yararsız vəziyyətdə olması QHT-lərin diqqətindən kənarda qalmadı. Belə ki, bu vaxta kimi beynəlxalq humanitar təşkilatların xarici ölkə səfirliklərinin yardımı ilə 132 ictimai bina təmir olunaraq, bütün kommunal təchizatı ilə 190-dan çox ev tikilib məcburi köçkünlərin istifadəsinə verilmişdi.

Bu istiqamətdə görülən ən əhəmiyyətli işlərdən biri QHT-lərin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prossesinə yaxından cəlb olunmasıdır. ANAMA BMTİP-nın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu Naxçıvan da daxil olmaqla 16 rayonda 1164 icma arasında minaların mənfi təsirinin araşdırılması proqramını həyata keçirmiş, onların 648- mina aşkarlanıb qeydə alınmış Fondun "İcma mina aksiyası komandası" 5 milyon kv metr ərazini minalardan təmizlənib. Ərazilərin minalardan təmizlənməsi proqramında yaxından iştirak edən digər bir QHT,  "Dayaq" Azərbayjan təşkilatı 8 milyon kvadrat metrdən çox ərazini  minalardan təmizləyib dövlətə təhvil verib.

Sevindirici haldır ki, həmin ərazilərdə təmir-bərpa işləri həyata keçirildikdən sonra bu ərazilər məcburi köçkünlərin istifadəsinə verilib.

 

İnstitutlaşma icma inkişafı

 

Azərbayjanda humanitar fəaliyyətin təşkilindən danışarkən məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə əhalinin təşkilatlanması onların icma halında birləşməsini ayrıca qeyd etmək lazım gəlir. Mübaliğəsiz demək olar ki, bu prosesin əsas aparıcılarından biri olan milli QHT-lər təşkilatlanma idarəetmə sahəsində əldə etdikləri təcrübəni İcmaların yaranması inkişafı layihələrinə çox həvəslə tətbiq etməyə başladılar. İcmaların yaradılmasında əsas məqsəd qaçqın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasında, təhsil, səhiyyə sosial problemlərinin həllində onların özlərinin birbaşa iştirakını təmin etmək, bu istiqamətdə mövcud resurslardan səmərəli şəkildə istifadə etməkdən ibarət idi.

Bir çox beynəlxalq təşkilatların xarici QHT-lərin yaxından köməkliyi ilə yaradılan yüzlərlə icma əsaslı təşkilatlar biznes, sahibkarlıq, peşə bacarıqlarının artırılması, həmçinin təhsil, səhiyyə, infrastrukturun bərpası ya yenidən qurulması layihələrinin icrasına cəlb olunaraq, bu sahədə nəzərə çarpacaq uğurlar əldə ediblər. Təsadüfi deyil ki, ölkəmizin müxtəlif ərazilərində məskunlaşan məcburi köçkün icmaları daxili yol şəbəkəsi, elektrik, kanalizasiya, suvarma su təchizatı sistemlərinin bərpası ya yenidən qurulması, həbelə yataqxana, ictimai bina məktəblərin təmiri işində layihə təklifləri ilə çıxış edir, onların reallaşmasına nail olurlar.

Artıq mobil bir qurum kimi formalaşan icmalar bu kimi layihələrdə çətinliklə olsa da öz paylarını qoymağa çalışır layihələrin icrasına nəzarət edə bilirlər.

Qeyri-hökumət təşkilatlarının xüsusi təlim kurslarını keçən icmalar,  mikro-kreditlərin səmərəli şəkilda istifadə olunması kiçik sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində qaçqın məcburi köçkünlər üçün çox gözəl bir vasitədir. Bu işin effektliyini artırmaq məqsədilə son 8 ildə 7-dən çox İcma inkişafı biznes mərkəzi 23 QHT İcma əsaslı təşkilatların Resurs Təlim Mərkəzləri yaradılıb onların ixtiyarına verilib. Hazırda bu rəqəm daha da artıb.

 

Təlim məsləhət

 

Milli QHT-lərin  humanitar fəaliyyətin təşkilində iştirakının əsas komponentlərindən biri qeyd etdiyimiz kimi təlim məsləhətdir. Qaçqın məcburi köçkünlərin müasir tələblərə cavab verən bilik bacarıqlarının artırılması, onlara müxtəlif mövzularda huquqi yardımların göstərilməsi sahəsində bu gün ölkəmizdə çoxsaylı QHT fəaliyyət göstərir.

Bu istiqamətdə ixtisaslaşmış QHT-lər tərəfindən qaçqın məcburi köçkünlərin ehtiyacları dəqiq araşdırılaraq, onlara aşağıda qeyd olunan sahələrdə mütəmadi olaraq təlim kursları keçirilib ki, kompüter ingilis dili, ixtisas artırma peşə, kiçik biznes kommersiya, İcma inkişafı təşkilatlanma, ibtidai təhsil gigiyena, ailə planlaşdırması repreduktiv sağlamlıq, ali məktəblərə hazırlıq digərləri bu sıradandır.

Minlərlə şəxsin iştirak etdiyi bu təlimlər nəticəsində çoxlu sayda qaçqın məcburi köçkün gənclərimiz özlərinə yeni yerləri taparaq, pullu xidmət gəlir gətirən sahələr yaradıb. Həmçinin təhsildən kənarda qalan yüzlərlə uşaq təhsilə cəlb edilib gigiyenik vərdişlər qazanaraq, ali məktəblərə daxil olub. Nəticə etibarı ilə onlar şəxsi həyatlarında ciddi dönüş yarada biliblər. Bu təlimlərin uğurla həyata keçirilməsində Ümid humanitar Sosial dayaq mərkəzi, Qadın İnkişaf Mərkəzi, Səhhət ictimai fondu,Təhsil cəmiyyəti, Təbib Tələbələr Assosiasiyası, Sosiologiya Assosiasiyası, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssilər Təşkilatı, Loğman qaçqınlara yardım mərkəzi, Tutu uşaq mədəniyyət mərkəzi, Buta Humanitar Uşaq fondu digərlərini xüsusi qeyd etmək lazımdır.

Qaçqın məcburi köçkünlərə hüquq məsləhətləri verən üzləşdiyi problemləri həll etməkdə yardımçı olan Hüquqi İqtisadi Təhsil Mərkəzi   Müstəqil Elmi-Praktik Hüquq mərkəzi onların bu sahədə olan bütün ehtiyaclarını davamlı olaraq qarşılamağa çalışıblar.

Biz bu yazıda milli QHT-lərin Azərbaycanda humanitar fəaliyyətin təşkilində yeri rolu  haqqında qısa məlumat verdik. QHT-lərin Azərbaycanda humanitar fəaliyyətin təşkilində rolu hər keçən gün daha da artır. QHT-lərə Dövlət Dəstəyi Şurasının  yaranması bu sahənin daha da inkişafına bir təkan verib.

AQİL

 





07.03.2014    çap et  çap et