525.Az

DİM buraxılış imkanlarının tarixi barədə məlumatlarla bağlı açıqlama yaydı


 

DİM buraxılış imkanlarının tarixi barədə məlumatlarla bağlı açıqlama yaydı<b style="color:red"></b>

Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır.

Dövlət İmtahan Mərkəzindən 525.az-a verilən məlumata görə, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və qurumun dim.gov.az saytında yerləşdiriləcək.

İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi tövsiyə edirik.

 





12.03.2021    çap et  çap et