525.Az

Əfv komissiyasında 1000-ə yaxın müraciətə baxılıb - Yenilənib


 

Əfv komissiyasında 1000-ə yaxın müraciətə baxılıb - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

525.az xəbər verir ki, bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi”.

Qeyd edək ki, indiyədək komissiya 1000-ə yaxın müraciətə baxıb.

*** 

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

525.az-ın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 850-dən artıq müraciətə baxıb.

 

 





13.03.2021    çap et  çap et