525.Az

Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq


 

Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq<b style="color:red"></b>

Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq.

525.az-ın xəbərinə görə, bu barədə Bosniya və Herseqovinanın Prezident Ofisi yeni diplomatik və konsulluq nümayəndəliklərinin açılması üçün ölkənin Xarici İşlər Nazirliyinin əsaslandırma planı və təhlilinə istinad edərək qərar qəbul edib.

Azərbaycanla yanaşı Keniya, Slovakiya, Braziliya, Əlcəzair, Mərakeş və Tunisdə də Bosniya və Herseqovinanın səfirlikləri açılacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina Respublikasının iqamətgahı Ankarada olmaqla Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri fəaliyyət göstərir.

 

 





13.03.2021    çap et  çap et