525.Az
Tovuz rayonunda Ermənistan vətəndaşı saxlanılıb
Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən 20-22 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, həmin şəxsin mülki, yoxsa hərbçi olduğu hələ bilinmir.
Onun sözlərinə görə, Ermənistan vətəndaşı Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb. Həmin şəxs artıq Bakıya gətirilir.
O, yalnız erməni dilini bildiyi üçün sabah dindiriləcək.
Onun kimliyi hələlik bilinmir.
07.03.2014
çap et