525.Az

Türkmənistan parlamenti Anlaşma Memorandumunu ratifikasiya edib


 

Türkmənistan parlamenti Anlaşma Memorandumunu ratifikasiya edib<b style="color:red"></b>

Türkmənistan Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib.

525.az-ın xəbərinə görə, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Anlamşa Memorandumu yanvarın 21-d Azərbaycan və Türkmənistan prezidentlərinin videokonfrans formatında qatıldığı tədbirdə bu ölkələrin  xarici işlər nazirləri tərəfindən imzalanıb. Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.

 





14.03.2021    çap et  çap et