525.Az

Əfv Komissiyasının sonuncu iclasının vaxtı


 

Əfv Komissiyasının sonuncu iclasının vaxtı<b style="color:red"></b>

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırır.

525.az xəbər verir ki, Komissiyanın üzvü Rəşad Məcid APA-ya bildirib ki, sonuncu iclas martın 17-də keçiriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb.

Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir. 

 





15.03.2021    çap et  çap et