525.Az

Qloballaşan dünyada milli ruhda tərbiyə xüsusi əhəmiyyətə malikdir


 

Qloballaşan dünyada milli ruhda tərbiyə xüsusi əhəmiyyətə malikdir<b style="color:red"></b>

 

"Azərbaycanda bütün ənənələr yaşamalıdır. Biz öz milli-mənəvi dəyərlərimizə çox bağlıyıq. Xüsusilə indiki dövrdə, qloballaşan dünyada milli ruhda tərbiyə almaq xüsusi əhəmiyyətə malikdir". Bunu Prezident İlham Əliyev ötən il sentyabrın 5- Lənkəranda Gənclər Mərkəzinin açılış mərasimindəki çıxışı zamanı dedi. Dövlət başçısı bildirdi ki, qloballaşmanın həm müsbət, həm mənfi tərəfləri var. Biz isə o mənfi təsirdən özümüzü sığortalamalıyıq: "Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar".

 

Qloballaşma nədir?

 

XX əsrin axırlarına xas olan bu gün sürətlə davam edən qloballaşma prosesi mahiyyətcə iqtisadi, formaca ideoloji xarakterlidir. Müasir qloballaşmanın mahiyyətində "azad ticarət" vasitəsilə dünya iqtisadiyyatının nəzarətdə saxlanması dünyanın bir mərkəzdən idarə edilməsi dayanır. Qloballaşmanın ideoloji tərəfi isə siyasi, ekoloji, sosial, mədəni, texniki s. aspektləri əhatə edir. Qloballaşma prosesinin məğzini düzgün anlamaq üçün ilk növbədə sivilizasiya mədəniyyət anlayışlarının fərqləndirilməsi lazımdır. Ümumplanetar miqyas kəsb edən - əslində sivilizasiyadır. Çünki o, öz təbiəti etibarı ilə bütün bəşəriyyətin inkişafını ifadə edən prosesdir. Mədəniyyət, xüsusən, mənəvi mədəniyyət isə müxtəlif xalqlar üçün fərqli olur. Lakin bir çox tədqiqatçılar qloballaşmanın məhz milli mədəniyyətləri əhatə etdiyini göstərməyə çalışırlar. Qloballaşma bəlasının artdığı bir vaxtda millətin, dövlətin inkişafı üçün yeni nəsillərin tərbiyəsinin milli prinsiplərlə aparılması gərəklidir.

 

"Bu, bizim əsas

fəaliyyət istiqamətlərimizdən

biridir"

 

Azərbaycan dünyəvi, tolerant dövlət olmaqla yanaşı, adət-ənənələrini qədim dövrlərdən indiyədək qoruyub saxlamağı bacarıb. Tarixi ənənələr təkcə ölkə daxilində deyil, xaricdə təbliğ olunmaqdadır. Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya analitik təhlil şöbəsinin müdiri Elşad Miraləmin sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli ruhda tərbiyə olunması, onlara milli-mənəvi dəyərlərin aşılanması komitənin əsas fəaliyyət istiqamətlərindəndir: "Biz bu məsələyə böyük diqqət yetirir, xüsusi önəm veririk. Dünyanın müxtəlif ölkələrində yaşayan gənc soydaşlarımızın hər il Azərbaycana səfərini təşkil edir, onları ölkəmizin görməli, tarixi yerləri, mədəniyyəti ilə yaxından tanış edirik. Biz bu layihəni daha çox Azərbaycanda heç vaxt olmayan soydaşlarımızla bağlı həyata keçiririk".

Eyni zamanda diaspor təşkilatlarımız dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirirlər. Bura həm tariximizə, həm mədəniyyətimizə, həm adət-ənənələrimizə dair tədbirlər daxildir. Belə tədbirlərdən biri kimi milli bayramlarımızın müxtəlif ölkələrdə diaspor təşkilatlarımız tərəfindən qeyd olunmasını göstərmək olar. Komitə nəzdində distant təhsil mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas funksiyalarından biri tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi xaricdə yaşayan azərbaycanlı uşaq gənclərə aşılamaqdan ibarətdir: "İki ildir həyata keçirilən bu layihəni gələcəkdə daha geniş coğrafiyada yaymağı düşünürük".

E. Miraləmin sözlərinə görə, diaspor təşkilatları nəzdindəki KİV-lərdə milli-mənəvi dəyərlərimizi təbliğ edən materiallara geniş yer verilir. Daha bir diqqətçəkən addım xarici ölkələrdə həftəsonu məktəblərinin fəaliyyət göstərməsidir. Diasporla İş üzrə Dövlət Komitəsi həmin məktəblərin müvafiq materiallarla təmin olunması istiqamətində işlər aparır: "Həftəsonu məktəblərinə üzv olan azərbaycanlı uşaqların milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz barədə daha dərin məlumatlar almaları üçün tədbirlər görürük. Bununla bağlı təlimatlar, tövsiyələr verilir. Bir sözlə, öz Əsasnaməmizə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyik aktlarına uyğun olaraq, bu məsələni daim diqqətdə saxlayırıq bu, bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir".

 

"Əcnəbilər ölkəmizə bağlılıqlarını da nümayiş etdirməlidirlər"

 

Tanınmış jurnalist Elnur Əşrəfoğlu isə indiyədək dünyanın 91 ölkəsində olub. Səfərlərin əksəriyyəti onun Azərbaycan Televiziyasında idman şərhçisi kimi fəaliyyət göstərdiyi dövrə təsadüf edib. E. Əşrəfoğlu 5 Yay, 3 Qış Olimpiya Oyunlarını izləyib, ayrı-ayrı növlər üzrə milli komandalarımızın, klublarımızın qatıldıqları beynəlxalq yarışları şərh edib, idmançılarımızın sevinc kədərinə şərik olub. Həmkarımızın fikrincə, qloballaşan dünyada gənclərimizin milli vətənpərvər ruhda tərbiyəsində idman başlıca vasitədir: "Cənab prezidentin bütün fikirləri ilə tam razıyam. Əlbəttə, Azərbaycan gəncləri vətənpərvər ruhda böyüməlidir. Burada biz orta nəslin yaşlı nəslin üzərinə böyük yük düşür. Özümüz bu məsələni daim diqqətdə saxlamalıyıq. Hesab edirəm ki, qloballaşan dünyada gənclərin milli vətənpərvər ruhda yetişməsi üçün idman birinci vasitədir. Azərbaycan dünya idmanına sürətlə inteqrasiya edir. Bu gün ölkəmizdə fəaliyyət göstərən federasiyalar, idman klubları heyətlərinə əcnəbi kadrlar cəlb edərkən, onunla bağlı hər bir məqamı saf-çürük etməlidirlər".

Hazırda ölkəmizin müxtəlif komandalarında yüzdən çox legionerə rast gəlmək olar. Onların cəlb olunmalarında əsas məqsəd Azərbaycanın idman uğurlarının daha geniş vüsət almasına azərbaycanlı gənc idmançıların yetişməsinə yardımçı olmaqdır. Təsadüfi deyil ki, son illər dünya arenalarında üçrəngli bayrağımızı dalğalandıranlar arasında milliləşmiş əcnəbi idmançılara da rast gəlinir. E. Əşrəfoğlunun sözlərinə görə, legionerlər həm ölkəmizin tarixi, milli atributları adət-ənənələri barədə məlumatlandırılmalı, mənəvi dəyərlərimizə hörmətlə yanaşmalıdırlar: "Əlbəttə, hər bir idman növündə güclü, perspektivli ən əsası, medal qazana biləcək legioner olmalıdır. Bununla yanaşı, onlar ölkəmizə bağlılıqlarını da nümayiş etdirməlidirlər. 2006- ildə Qazaxıstanla oyun zamanı qol vurduqdan sonra sinəsindəki Azərbaycan gerbini öpən milliləşmiş braziliyalı futbolçu Andre Ladaqa, 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra fəxri kürsüyə Azərbaycan bayrağı ilə çıxan əslən dağıstanlı güləşçi Şərif Şərifovdan gənc nəsil nümunə götürməlidir. Digər tərəfdən, bu faktlar legionerlərin mənəvi dəyərlərimizə sayğısının əyani göstəricisi sayıla bilər".

 

Dilimizi himnimizi öyrənən

ukraynalı Avropa çempionumuz

 

Ölkəmizi təmsil edən əcnəbi idmançılardan biri Sergey Bezuqlıydır. O, vaxtilə Ukraynanı kanoe üzrə milli komandasının şərəfini qorusa da, 2008-ci ildən Azərbaycan yığmasının heyətinə cəlb olunub. S. Bezuqlıy 2010-cu il Avropa çempionatında qızıl, 2011-ci il dünya çempionatında gümüş medal qazanıb. Kanoeçimiz 2012-ci il London Yay Olimpiya Oyunlarında isə medal şanslarını son anda əldən verib. Ukraynalı legioner ölkəmizdə yaradılan şəraitdən tam razıdır. Bunun qarşılığında o, dilimizi öyrənib 2 il öncə himnimizi əzbərlədiyini deyir: "Mən bu himnin növbəti dünya Avropa çempionatlarında, eləcə 2015-ci il Avropa Oyunlarında 2016- il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında səslənəcəyini gözləyirəm. Nəinki gözləyir, hətta bunun üçün çox çalışıram!"   

Gənclər İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədovun fikrincə, əcnəbi idmançının Azərbaycan dilində danışması, himnimizi öyrənməsi qürurvericidir. Legionerlərin parlaq qələbədən sonra bayrağımızı ucaltmasına gəldikdə, A. Məmmədov deyir ki, bu zaman istər-istəməz ikili hisslər keçirirsən: "Bir tərəfdən, sevinirsən, digər tərəfdən, "Bu uğuru niyə öz idmançımız qazanmadı?" sualına cavab axtarırsan. Amma onu da nəzərə almaq lazımdır ki, bu təcrübədən dünya miqyasında, hətta aparıcı idman ölkələrində istifadə olunur. Elə yenicə başa çatan Soçi Qış Olimpiya Oyunlarında əslən cənubi koreyalı Viktor An Rusiya yığmasına şort-trek növündə 3 qızıl, 1 bürünc medal qazandırdı. Elə isə bu təcrübədən nəyə görə biz yararlanmayaq? Bəzi növlərdə yerli idmançı yetişdirmək üçün vaxt lazımdır. Öz yetirmələrimiz məhz legionerin bazasında püxtələşə bilərlər". 

 

etməli?

 

Doğrudan da qloballaşma artıq çoxdan ayrı-ayrı sahələrlə yanaşı, dünyanın peşəkar idmanına təsirini göstərib. Bir çox idmançı məşqçilər daha yaxşı qazanc ya nəhəng beynəlxalq yarışlarında çıxış etmək istəyi ilə asanlıqla öz pasportlarını bayraqlarını dəyişirlər. Hazırda idmandakı qloballaşmanın həm tərəfdarları, həm əleyhdarları var. Lakin fakt faktlığında qalır - müasir peşəkar idmanı onsuz təsəvvür etmək mümkün deyil.

İdman uğurlarımızla yanaşı, iqtisadi islahatlar, siyasi proseslərin müsbət məcrada getməsi, sosial sahədə aparılan işlər, hərbi gücümüzün artırılması, energetika, xüsusilə neft-qaz sahəsində atılan addımlar Azərbaycanın gələcəkdə daha qüdrətli dövlətə çevriləcəyindən xəbər verir. Qloballaşan dünyada əldə edilən nailiyyətləri davamlı etmək üçün isə vahid ideologiya formalaşdırılmalıdır. Yalnız milli ölçüyə əsaslanan fikir birliyi əsasında Azərbaycan gəncliyi çağdaş dövrün qarışıq ziddiyyətli girdabından xilas ola bilər.

 

Elşən MƏMMƏDOV

Azərbaycan Respublikasının

Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət

Dəstəyi Fondunun keçirdiyi

müsabiqəyə təqdim etmək üçün.

 





08.03.2014    çap et  çap et