525.Az

Yeddi möcüzə, yeddi hekayə - Aytac Sahədin araşdırması


 

Yeddi möcüzə, yeddi hekayə - <b style="color:red">Aytac Sahədin araşdırması </b>

Qədim dünyanın yeddi möcüzəsi haqqında tarix boyu çox danışılıb, çox yazılıb. Bəlkə, siz də bu barədə çox oxumusunuz. Çünki bu "möcüzələr" əsrlər keçməsinə baxmayaraq, daim aktualdır. Aktual olduğu qədər də maraqlı və sirli. Hər birinin öz tarixi, bilinən və bilinməyən xeyli tərəfi var.

Bu yazıda qədim dünyanın yeddi möcüzəsinin hər birinin hekayəsi haqqında qısa məlumat verməyə çalışmışıq. 

Semiramidanın asma bağları — Vikipediya 

Semiramidanın (Babilin) asma bağları

Əfsanəyə görə, bu bağlar Assuriya şahzadəsi Semiramidanın əmri ilə yaradılıb. Ancaq bağların e.ə. VII əsrdə padşah Navuxodonosorun əmrilə yaradıldığı da deyilir.  Qaynaqlarda göstərilir ki, bu hökmdar Midiya şahının qızı Semiramida ilə evlənib, onu Babilə gətirir. Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir və sevdiyi qadın üçün Midiyanın gözəlliyini qədim vadinin mərkəzinə gətirir.

Semiramidanın şərəfinə salınan bu bağlar üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli memarları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan bağlar "Semiramida bağları" adı ilə məşhurlaşır.

Antik dünyanın 7 harikasından biri yeniden inşa ediliyor - Magazin Haberleri 

Rodos heykəli

Deyilənə görə, e.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir, ancaq adanı tuta bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara alırlar.

Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunur. Xares abidəni 12 ilə ərsəyə gətirir.

Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu, günəş Tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi.

E.ə. 225-ci ildə baş verən zəlzələ nəticəsində Rodos nəhənginin ayaqları sınır. Heykəl dənizə yıxılır və təxminən 1000 il sahildə bu vəziyyətdə qalır. Tarixçi Strabonun məlumatına görə, rodoslular "baxıcı" məsləhəti ilə onu qaldırmırlar. 653-cü ildə ərəb sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra nəhəngi bir yəhudiyə satır.

Daha sonra heykəl hissələrə bölünərək satılır. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvədən istifadə olunub. 

Mausoleum 

Halikarnas mavzoleyi

Dünyanın 5-ci möcüzəsi kimi Kiçik Asiyanın Qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyi ilə e.ə. IV əsrin ortalarında məzarının üzərində tikilən əzəmətli məqbərə (sərdabə) idi.

Elə "mavzoley" sözü də Mavsolun adından yaranıb. Mavzoley zəlzələ nəticəsində çöküb. Abidənin olduğu yer bu gün çuxur olaraq qalmaqdadır. Mavzoleyin hündürlüyü 55 metrdir, bu da 20 mərtəbəli binanın hündürlüyü qədərdir. Antik mənbələrdə dörd atlı heykəlin və mavzoleyin Fidiyə məxsus olduğu yazılır.

Mavzoleyin tikintisinə Kariyanın sahibi Mavsol təxminən e.ə. 355-ci ildə başlayıb. Onun ölümündən sonra xanımı, xanımının da ölümündən sonra Mavsolun digər qardaşları məqbərənin tikintisini davam etdirmişlər. Bəzi mənbələrdə mavzoleyin tikintisi yarıya çatdırılanda Halikanasa ayrılmış maddi vəsaitin bitdiyi və tikilini bitirmək üçün pulun insanlardan toplandığı göstərilir.

İsgəndəriyyə mayakı — Vikipediya

İskəndəriyyə mayakı 

Eramızdan əvvəl 332-ci ildə  Makedoniyalı İskəndərin ölümündən sonra şəhər Misirin yeni hökmdarı I Ptolomey Soterin hakimiyyəti altına keçir. Eramızdan əvvəl 290-cı ildə Ptolomey günün qaranlıq vaxtında və pis havalarda şəhər limanına yaxınlaşan gəmilərə yol göstərmək üçün Faros adasında nəhəng mayak tikmək əmrini verir. Mayakın tikintisinə məşhur yunan memarı Knidli Sostrat rəhbərlik edib. Təxminən 150 metr hündürlüyü olan mayak  üçyaruslu qüllədən ibarət idi. Mayak 1500 ildən artıq müddətdə gəmilərə yol göstərib. Deyilənə görə, 1326-cı ildə baş vermiş güclü zəlzələ dünyanın ən böyük memarlıq əsərlərindən birini yerlə-yeksan edib.

Herostrat və Artemida məbədi | Maraqlı faktlar | Kayzen

Artemida məbədi

Artemidanın şərəfinə mərmər məbəd tikmək təklifini Knosslu  memar Xarsif verib. Məbədin tikintisi bir əsrdən çox - 120 il davam edib. İbadətgahın uzunluğu 110, eni isə 55 metrə çatırdı. Məbəd o zamana qədər tikilən yunan məbədləri arasında ən böyük tikili idi. Onun ətrafında 18 metr hündürlüyündə iki cərgə daş sütun ucalırdı. Məbəd daxildən mərmər plitələrlə üzlənmişdi. Əsas zalda Artemidanın 15 metr hündürlüyündə, başdan-başa qızıl və daş-qaşla örtülmüş heykəli qoyulmuşdu. Məlumata görə, eramızdan əvvəl 356-cı ildə  Herostrat adlı şəxs tərəfindən məbəd yandırılıb.

Eramızdan əvvəl III minilliyin əvvəlində məbəd tamamilə bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Artemida məbədi 263-cü ildə qotlar tərəfindən talan edilib, sonradan isə dağıdılıb. Artemisionun sütunlarının məşhur relyefləri indi Londondakı Britaniya Muzeyindədir. Hazırda sınmış sütunlardan biri bərpa edilərək məbədin yerində ucalır.   

Misir piramidlərinin sirri 

Misir piramidaları

Qədim Misirdə ölkəni idarə edən fironları dəfn etmək üçün ehramlar tikilirdi. Hər ehram yalnız bir hökmdarın dəfni üçün nəzərdə tutulurdu. Fironun ruhunun ilahların yanına pillələrlə qalxa bilməsi üçün ehramlar pilləvarı piramida şəklində inşa olunurdu. Ehramın tikintisinə firon yaşayan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn edilirdilər. Misirin müxtəlif yerlərində yüzlərlə ehram var. Ən böyük və məşhur ehramlar müasir Misirin paytaxtı Qahirə yaxınlığında, Gizada yerləşən Xeops, Xefren və Mikerin ehramlarıdır ki, qədim dövrlərdə onlar dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu. Hər ehram onu tikdirmiş fironun adını daşıyır.  

Dünyanın yeddi möcüzəsi. Olimpdə Zevsin heykəli - Uşaq Bilik Portalı 

Zevsin heykəli

Olimpdə Zevsin heykəli - antik heykəltəraşlıq əsəri, dünyanın yeddi möcüzəsindən biridir. Yunanların baş allahı Zevsin şərəfinə ucaldılmış heykəl qədim Yunanıstanın Olimpiya şəhərində dahi yunan heykəltəraş Fidiy tərəfindən yonulub hazırlanıb. Möhtəşəmliyi və ecazkarlılığı ilə insanların böyük marağına səbəb olan heykəl zamanla kənar təsirlərə məruz qalır. Zəlzələlərin, sellərin təsiri ilə heykəl pis vəziyyətə düşür. Zəngin bir yunan tərəfindən İstanbula gətirilən heykəl, 462-ci ildə baş verən böyük bir yanğında tamamilə yox olur.

 





15.03.2021    çap et  çap et