Tanınmış yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin yeni kitabı nəşr olunub.
"Anarı anlamaq..." adlı kitabın annotasiyasında deyilir:
"Bu yığcam kitaba XX-XXI əsr Azərbaycan ədəbiyatının ən parlaq nümayəndələrindən biri, mədəniyyətimizin dayaqlarından hesab olunan Anar haqqında doqquz məqalə toplanıb və hamısı da "525-ci qəzet"də çap edilib.
Müəllif öz fikirlərində ardıcıldır və zaman-zaman bunu yazılarında nümayiş etdirib. Bu məqalələr ədəbi irsimizə, onu yaradan və qoruyan nəsilə minnətdarlığın dəyərli nümunəsi kimi də qavranıla bilər və inanırıq ki, belədir, belə də olmalıdır!.."
Qeyd edək ki, kitab nəfis tərtibat və dizaynla "Mütərcim" nəşriyyatında çap olunub.
çap et