525.Az

Beynəlxalq Qadınlar Günü silsilə tədbirlərlə qeyd olunub


 

Beynəlxalq Qadınlar Günü silsilə tədbirlərlə qeyd olunub <b style="color:red"></b>

 

İ.Əbilov adına Mədəniyyət Mərkəzində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Mərkəzin direktoru Mirəhməd Əsgərov tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib.

 

Tədbirin nəğməli qonağıAzərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, Əməkdar artist Gülüstan Əliyevaya verilib.

 

G.Əliyeva tamaşaçıları Xalq artisti Şəfiqə Axundovanın Xalq şairi Mirvarid Dilbazinin sözlərinə bəstələdiyiAnam yadıma düşdümahnısı ilə salamlayıb.

 

Tədbirdə tanımış şair Vahid Əziz analara həsr etdiyi şeirini söyləyib, Xalq artisti Zamiq Əliyev, Əməkdar artistlər Səbuhi İbayev Zakir Əliyev zərif cinsin nümayəndələrinin şəninə yazılmış mahnılar ifa ediblər. Mədəniyyət MərkəzininVurğunpoeziya teatrının, “Könülrəqs ansamblının üzvləri maraqlı kompozisiya göstəriblər.

 

İsmayıllıdakı Gənclər Mərkəzində 8 MartBeynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir olub. Uşaq incəsənət məktəbi şagirdlərinin həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

 

Mərasimdə çıxış edənlər Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik etmiş uşaq incəsənət məktəbi barədə qısa məlumat vermiş, şagirdlərə uğurlar arzulayıblar.

 

Yaradıcılıq gecəsi balacaların ifasındaCücələrimqrupunun çıxışı ilə başlanıb. Sonra bir-birinin ardınca gözəl ifalar dinlənilib.

 

Şagirdlərdən ibarət ansamblın, V sinif şagirdi Samirə Məmmədovanın, Günel Xuraman Osmanova bacılarının, “Pöhrəteleviziya müsabiqəsinin laureatı Sirus Xasməmmədovun başqalarının ifaları, rəqslər, “Leyli Məcnunoperasından səhnələr digər musiqi nömrələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

8 MartBeynəlxalq Qadınlar Gününə həsr olunmuş daha bir tədbir Martın 9-da Kiçik Karvansarada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) tərəfindən keçiriləcək.

 

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşacaq tədbirdə 20-dən artıq dövlətin nümayəndəsi iştirak edəcək. İdarədən “525”ə verilən məlumata görə, tədbirdə hər ölkənin milli sənətkarlıq mətbəx nümunələrinin, suvenirlərinin satış-sərgisi təşkil olunacaqdır. Həmçinin milli musiqi rəqslərin nümayişi nəzərdə tutulur.

 

Xeyriyyə aksiyasında, eyni zamanda, qiymətli mükafatları udmaq imkanı yaradacaq lotereya tirajı da keçiriləcəkdir.

 

Tədbirdən əldə edilən mənfəətHOMSun Azərbaycanda dəstəklədiyi əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunacaqdır.

 

Beynəlxalq Muğam Mərkəzində 8 MartBeynəlxalq Qadınlar Gününə həsr edilmiş konsert olacaq. Konsert Azərbaycan Televiziya Radiosunun musiqi kollektivləri ilə Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdikləri layihə çərçivəsində təşkil ediləcəkdir.

 

Konsert proqramında Cahangir Cahangirov adına xor kollektivi Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin nəzdində fəaliyyət göstərənCazz Bəndqrupu çıxış edəcəkdir.

 

Konsertin solistləri Xalq artisti, tarzən Ramiz Quliyev, vokalçı Ramil Qasımov, xanəndələr Ehtiram Hüseynov, Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Ariz Hüseynov, İlahə Əfəndiyeva, Mirələm Mirələmov, Zabitə Alıyeva, Sərxan Bünyadzadə, Günay İmamverdiyeva Kamilə Nəbiyevadır.

 

S.ABDULLAYEVA

 

 

 





08.03.2014    çap et  çap et