525.Az

Həsrət adam - Təranə Arifqızı yazır


 

Rəşad Məcidin “Qorxu”sundan titrəyən kövrək sətirlər

Həsrət adam - <b style="color:red">Təranə Arifqızı yazır</b>

Uçuq divarlarda boy atır kövrək xatirələrim. İzsiz yollarda qaçır uşaqlıq, gənclik illərim. Olmayan evlərin gözüyaşlı pəncərəsindən baxır dəcəl gözlərim. Addım-addım keçirəm tanış küçələrin tozlu yollarından. Hər telində illərimin izi qalan saçlarımı darayır kökündən vurulmuş çınar budaqları. Ağlamaq istəyirəm. Xatirələr inciyər deyə, üzümə təbəssüm, içimə yağış damlaları yağdırıram.

Taxta yelləncək qərib-qərib yellənir havada.
Qorxudan, heyrətdən quruyub  xatirəyə donmüş insan dodaqları. Gözləri keçmişdən parçaların rəsmini çəkir, tapmadığı daşları hissi ilə, gözü ilə arayır, arayır, yerinə qoymağa çalışır. Sevdiklərinin sahibsiz baxışları onu gülərək, ağlayaraq qarşılayır. Gah qonşularla, gah süd satan qadınla, gah da şüşəsinə "Babək" filminin afişası vurulmuş mağazanın sahıbı ilə danışır. Dönğə-döngə, dalan-dalan itirdiyi səslərə doğru qaçır. Cəftəsi çürümüş, qıfılı yanmış köhnə qapıları təzə arzularla açır. Köhnə xatirələrin dağılmış kərpiclərini yerinə yığmağa pöhrə tumurcuqların ətri ilə başlayır. Bəndi kəsilmiş, suyu sovulmuş çarxı döndərir.

Qəzəb adam. Sevinc adam. Həsrət adam. Vüsal adam...

Xatirələr perik düşəcək deyə içindəki qorxu keçib getməyən Adam...

 





16.03.2021    çap et  çap et