525.Az

“Azıx mağarası” biblioqrafiyası təqdim edildi


 

“Azıx mağarası” biblioqrafiyası təqdim edildi<b style="color:red"></b>

Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi “Azıx mağarası” adlı tövsiyə biblioqrafiyasını hazırlayaraq oxucuların ixtiyarına verir.

525.az xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə olunan ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ətraflı məlumat verilmişdir.

İşğaldan azad olunmuş Azərbaycan rayonlarından biri olan Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə, həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəni, tarixi və memarlıq abidələri ilə zəngindir.

Tövsiyə göstəricisində kitablar, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş 92 adda materialların biblioqrafik təsviri öz əksini tapmışdır. Ədəbiyyat xronoloji prinsip əsasında, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılmışdır.

43 kitab, məcmuə və dövri  mətbuat səhifələrində dərc edilmiş materialların tam mətni istifadəçilərə təqdim edilir.

Tövsiyə göstəricisi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

http://clb.az/fzulinin-tarixi-abidlri-azx-maaras_d3119.html

 





16.03.2021    çap et  çap et