525.Az

AYB-nin Nizami mükafatlarının laureatları müəyyənləşdi


 

AYB-nin Nizami mükafatlarının laureatları müəyyənləşdi<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədər Azərbaycan Yazıçılar Birliyi Nizami Gəncəvi mükafatları təsis edib. Artıq mükafatın laureatları da müəyyənləşib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "525"ə bildirdiyinə görə, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Nizami Gəncəvi mükafatlarına bu il yubileyləri qeyd olunan yazıçı Seyran Səxavəti, şair Barat Vüsalı, habelə ədəbiyyatımızı Türkiyədə geniş təbliğ edən İmdat Əfşarı və Gəncədə Nizami motivləri əsasında dəyərli rəsm, heykəl və xalça əsərləri yaratmış heykəltaraş Şərif Şərifovu layiq görüb.

 





17.03.2021    çap et  çap et