525.Az

"Qlobal neft hasilatının artımı, əsasən, OPEC-in hesabına təmin olunacaq"


 

"Qlobal neft hasilatının artımı, əsasən, OPEC-in hesabına təmin olunacaq"<b style="color:red"></b>

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri 2020-2026-cı illər ərzində gündəlik neft hasilatını 6 mln. barel artıraraq 54 mln. barelə çatdıracaqlar.

525.az bildirir ki, bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, "OPEC+" razılaşmasına daxil olmaya ölkələr isə gündəlik neft hasilatını 4 mln. barel artıraraq 50 mln. barelə çatdıracaqlar.

IEA-in mütəxəssislərinin fikrincə, qlobal neft hasilatının əsas artımını OPEC ölkələrinin hesabına təmin ediləcək, ABŞ isə bu prosesə kiçik töhfə verəcək. ABŞ-da neft hasilatının ləngiməsi "OPEC+" ölkələrinə neft təklifinin böyük bir hissəsinin bərpası üçün imkan yaradır.

 





17.03.2021    çap et  çap et