525.Az

Nəqliyyat sektorunda sərnişin daşımaları kəskin azalıb


 

Nəqliyyat sektorunda sərnişin daşımaları kəskin azalıb<b style="color:red"></b>

Azərbaycanda nəqliyyat sektorunda 2021-ci ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,1% və 47,7% azalıb.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 30,3 mln. ton yük daşınıb. Yüklərin 3%-i dəniz, 8,5%-i dəmir yolu, 0,3%-i hava, 53,5%-i avtomobil nəqliyyatı, 34,7%-i isə boru kəməri ilə daşınıb.

“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 14% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,5%  təşkil edib”, - komitədən bildirilib.

Məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 162,3 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8%-i avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 





17.03.2021    çap et  çap et