525.Az

Məktəblər yenidən bağlanacaq?


 

Məktəblər yenidən bağlanacaq?<b style="color:red"></b>

Təhsil naziri məktəblərin yenidən bağlanıb-bağlanmayacağına aydınlıq gətirib.

525.az-ın xəbərinə görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda deyib ki, qarşıdan Novruz bayramı gəlir, sabah axırıncı dərs günüdür:

“Növbəti 9 gün ərzində olan dinamika düşünürəm ki, məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada vətəndaşların Novruz bayramı müddətindəki davranışından çox şey asılıdır.  9 gün təmaslar azalacaq, məktəblər, iş yerləri tətildə olacaq, daha ehtiyatla davransaq, yəqin ki, saylar aşağı düşə bilər və bu, məktəblərin davamlı fəaliyyətini saxlamağa imkan verər".

 





18.03.2021    çap et  çap et