525.Az

Fevralın 1-dən yoluxan şagirdlərin və işçi heyətin sayı


 

Fevralın 1-dən yoluxan şagirdlərin və işçi heyətin sayı<b style="color:red"></b>

Fevralın 1-dən gündəlik əsasda Səhiyyə Nazirliyi, GEM-dəki həmkarlarla rəqəmləri izləyirik, bunun nə qədər kütləvi yoluxma yaratma riski qiymətləndirilir. Məktəbin daxilində kütləvi yoluxma olanda distant təhsilə keçir.

525.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, fevralın 1-dən 164 ibtidai sinif şagirdi virusa yoluxub, bunların hamısı məktəbdə olub. Virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir. Ümumi 714 işçi heyət virusa yoluxub. Ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir, 48 məktəb distanta keçib, onların 41-i hazırda distantdadır, 7 məktəb ənənəvi tədrisə qayıdıb. Biz məktəblərin hibrid formada davam etməsini istəyirik, bunun üçün kifayət qədər səy göstərilir”.

Azərbaycanda peyvənd olunan müəllimlərin sayı açıqlanıb.

Martın 12-nə olan məlumata əsasən, 10 xüsusi mərkəzdə aparılan vaksinasiya nəticəsində 40786 nəfər peyvənd olunub: “Düşünürəm ki, bu rəqəm artıq 45 mindən çoxdur. Ümumilikdə 82802 nəfər işçi heyət var, rəqəmlər 50 faizə yaxınlaşıb, digər 50 faizin də peyvənd olunması məktəbin davamlı olmasına səbəb ola bilər”.

 





18.03.2021    çap et  çap et