525.Az

Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)


 

Yaşam boyu sürən dostluq <b style="color:red">(Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)</b>

Bir tərəfdən Rusiyada Stolıpin irticasının tüğyan etməsi, o biri tərəfdən isə Osmanlı imperiyasında Sultan II Əbdülhəmidin taxtdan salınması ittihadçıların hakimiyyətə gəlməsi nəticəsində 1908-ci ildə Əhməd Ağaoğlu, aradan iki il keçəndən sonra isə Əli bəy Hüseynzadə İstanbula köçmüşdülər. Burada Bakıdan başlanan birlikləri daha geniş miqyas almışdı. Yeni vətəndə yeni hakimiyyət sahiblərininittihadçıların dəstəyi sayəsində türklüyə xidmətin yaratdığı imkanlardan  hərtərəfli  faydalana bilmişdilər.

1911-ci ilin  sentyabrında iki dost Osmanlı Türkiyəsində digər türk məmləkətlərində böyük maarifçilik işi aparan, türk insanını öz tarixinə, soy-kökünə qaytarmağı hədəfləyənTürk yurdunun qurucuları sırasında yer almışdı. Təkcə onu xatırlatmaq kifayətdir ki, cəmiyyətin digər qurucu üzvləri Türkiyənin milli himninin müəllifi Mehmet Emin Yurdaqul, Türk Tarix Qurumunun gələcək rəhbəri Yusif Akçura, Atatürkün özününmənəvi atasıadlandırdığı məşhur fikir adamı Ziya Göyalp doktor Aqil Muxtar bəy idi. Cəmiyyətin mətbu orqanı olan eyni adlı məcmuənin nəşrə başlamasında da istər Əli bəyin, istərsə Əhməd Ağaoğlunun xidmətləri az deyildi. Onlar eyni zamanda Türk Bilgi Dərnəyinin Türkiyat komissiyası, “Kafkasiyalılar Nəşri-Maarif Cəmiyyətikimi qurumlarda da birgə fəaliyyət göstərmişdilər. Nəhayət, Əli bəy qurucularından birinin Əhməd Ağaoğlu olduğuTürk ocağının ağsaqqallar heyətinin üzvü idi.

Əli bəy gələcək baş nazir Tələt Paşa, Atatürkün yaxın silahdaşı, Türkiyə Cümhuriyyətinin üçüncü şəxsi adlandırılacaq Əli Fəthi Okyar, xarici işlər naziri Əhməd Nəsimi b. ilə birlikdə 1911-ci ildəİttihad Tərəqqipartiyasının idarə heyətinin üzvü seçilmişdi. Amma buna baxmayaraq ittihadçıların hakimiyyəti dövründə Əhməd bəy mənsəb pillələri ilə daha sürətlə irəliləmiş, bir sıra mühüm nəşrlərin redaktoru olmaqla yanaşı iki çağırış Osmanlı parlamentinəMəclisi-Məbusana üzv seçilmişdi.

Lakin siyasi ierarxiyada yerləri fərqli olsa da, türk birliyi uğrunda mübarizədə əvvəlki illərdəki kimi yenə birlikdə fəaliyyət göstərmişdilər. Birinci Dünya savaşının yaratdığı yeni şərtlər daxilində bu əməkdaşlıq beynəlxalq xarakter kəsb etmişdi. Əli bəy Hüseynzadə 1915-ci ildə Yusif Akçura il birlikdəRusiyanın türk-tatar müsəlman xalqlarının hüquqlarını mühafizə komitəsiadlı təşkilat yaratmışdılar. Tarixi qaynaqlarda bir çox hallardaAkçura-Hüseynzadə komitəsiadlandırılan bu qurumun əsas hədəfi savaşdan sonrakı dünya düzənində türk xalqlarının layiqli yerinin, azadlıq müstəqilliyinin təmin olunması idi.

Alman tarixçisi professor G.YaşkeRusiyanın müstəmləkə xalqlarının 1916- il Lozanna konfransında iştirakıadlı məqaləsində (“Severnıy Kavkaz”, 1937, № 42-43, s. 20) bu qurumun çərçivəsində Əhməd Ağaoğlu Əli bəy Hüseynzadə işbirliyindən bəhs edərək yazırdı: “Digər azərbaycanlı Əhməd bəy Ağaoğlu komitənin üzvü olmasa da, özünün Avropaya səfərləri zamanı Qafqazın azadlığı istiqamətində təbliğat işi aparırdı. Məlum olduğu kimi, Birinci Dünya müharibəsi illərində Ə.Ağaoğlu Ə. Hüseynzadə bir müddət İsveçrədə işləmiş, burada Qafqaz türklərini təmsil etmişdilər. Bu iki Azərbaycan türkü vətənlərinin azadlığa uğrunda mübarizəyə qoşularaq Avropa dövlətlərinə müvafiq memorandumlar ünvanlamış, xalqlarının həqiqi vəziyyətini olduğu kimi göstərməyə çalışmışdılar”.

1918-ci ilin mayında onlar illər boyu istər Bakıda ana vətəndən uzaqlarda apardıqları türkçülük milliyyətçilik mübarizəsinin bəhrəsini gördülər: çar Rusiyasının süqutu nəticəsində Azərbaycan müstəqillik qazandı, bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq demokratik cümhuriyyət quruldu. Təbii ki, belə zamanda Əli bəy, Əhməd Ağaoğlu kənarda, seyrçi mövqeyində qala bilərdilər. 1918-ci ilin iyununda onların ikisini müvəqqəti paytaxt Gəncədə görürük. Əhməd Ağaoğlu Azərbaycana Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi gəlmişdi. Əli bəyin isə hər hansı rəsmi missiyası yox idi. O, sadəcə doğma yurdunun məsul çətin anlarında burada olmağı özünün ziyalılıq, vətəndaşlıq borcu saymışdı.

Əhməd Ağaoğlu Azərbaycanı 1919-cu il yanvarın 7- tərk etmişdi. Tarixi vətənində qaldığı yarım il ərzində milli hökumətin bir sıra mühüm diplomatik tapşırıqlarını yerinə yetirmiş, Azərbaycan Parlamentinə üzv seçilmiş, həmin vaxt  İstanbulda olan Əli bəy Hüseynzadə ilə birlikdə Paris Sülh konfransına göndərilən  nümayəndə heyətinin üzvü təyin olunmuşdu. Hətta arada müvəqqəti paytaxt Gəncədə yeni bir qəzetin əsasını qoymağa da vaxt tapmışdı.

Əli bəy isə Bakı uğrunda şiddətli döyüşlərin getdiyi 1918-ci ilin avqustunda geri dönmüşdü. Tanınmış türk tədqiqatçısı professor Əli Heydər BayatınƏli bəy Hüseynzadəkitabında (İstanbul, 1992, səh.137-138) onun İstanbula qayıtdıqdan sonra hadisələrin isti izi ilə Osmanlı mətbuatına verdiyiAzərbaycanda düşündüklərimadlı maraqlı müsahibəsi yer almışdır. “İki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim. Müvəqqəti paytaxt diyorum, çünki Azərbaycanın təbii paytaxtı petrol mənbəyi olan Bakıdır. Tiflissiz Gürcüstan isə, Bakısız Azərbaycan da odur. Bakını Azərbaycana çox görən kim olursa olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir !” – deyən Əli bəyin vətən yanğısını geopolitik  fəhmini sezməmək mümkün deyildir.

Dostundan fərqli olaraq siyasi müşavir statusu daşımasa da, hadisələrə verdiyi qiymət, milli çıxarları yüksək həssaslıqla dəyərləndirməsi diqqəti çəkirdi. Əli bəy tarixin son dərəcə mürəkkəb mərhələsində Türkiyə-Azərbaycan birliyinin hər iki qardaş türk məmləkəti üçün bir xilas yolu olduğunu vurğulayaraq deyirdi: “Bu gün bütün cahanı sarsmaqda olan yek digəri ilə təsadüm edərək ortalığı hərc-mərc eləyən üç mühüm cərəyanınyəni imperializm, nasionalizm sosializm cərəyanlarının ən fəci sahəyi-fəaliyyəti Kafkasya bilxassə Azərbaycan oldu. Oralar bir cəhənnəmə döndü. Oradakı türk qardaşlarımız bütün bu yaxıcı, yıxıcı əzici təsirlərin altında ağlını itirdi, yapacağını şaşırdı, mühakiməsini  qeyb etdi. Osmanlı türkü imdada yetişməsə məhv olub gedəcəkdi. Fəqət onun məhv olması ilə Anadolu da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu kəndi-kəndini qurtarıyor, buna şübhə etməyiniz. Deyirlər ki, dağ dağa qovuşmaz, insan insana qovuşar. Xeyr, tarixin oylə anları var ki, dağ da dağa qovuşur. Bu gün Ərciyəz dağı Qaf daşına qovuşur qovuşduqca da yüksəliyor!”

Artıq yenidən Rusiyanın, amma bu dəfə birlik bərabərlik şüarı ilə meydana atılan bolşevik Rusiyasının tərkibinə daxil edilmiş sovet Azərbaycanına ilk son gəlişindən az sonra – 1926- ildə isə yenidən keçmişə qayıdaraq səkkiz il əvvəlki tarixi günləri belə xatırlayırdı:

Digər bir mühüm səfər   Qafqaz Cümhuriyyətləri Federasyonu ilə birlikdə bir sülh mühaidəsi əqd etmək üzrə, xariciyyə naziri Xəlil bəyin Batumda bulunduğu sıralarda  Ağaoğlu Əhmədlə bərabər xüsusi bir vəzifə ilə  əvvəla Batuma (Xəlil bəyin nəzdinə), sonra oradan da, Federasyondan ayrılıb ayrı bir hökumət halında təşəkkül etməkdə olan Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı olan Gəncəyə (Nuru Paşanın yanına) qədər getməmizdən ibarətdir.

Burada türk ordusu sayəsində yenidən istiqlalını qazanmaqda olan Azərbaycanın münəvvərləri ilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs təşəkkül etməsi işlərində çalışdıq”.

Həmin çalışmaları beynəlxalq səviyyədə davam etdirmək üçün yuxarıda da, qeyd etdiyim ki, 1919-cu ilin başlanğıcında həm Əli bəy, həm Əhməd Ağaoğlu Parisə müharibədən sonra yeni dünya düzənini hazırlayan Sülh konfransına getməli idilər. Hər ikisi yüksək intellekti, zəngin təcrübələri, siyasi proseslərə əcnəbi dillərə dərin bələdlikləri ilə Nümayəndə heyətinə böyük fayda gətirə bilərdilər.

Lakin bunun əvəzinə ikisi tük xalqının milli iradəsinin boğulduğu, Antanta qüvvələrinin at oynatdığı İstanbulda həbsə düşdü. İkisi Türkiyənin vətənsevər, milliyyətçi insanları ilə birlikdə aylarla paytaxtın mərkəzindəki keçmiş əsgər kazarmasındaBəkir ağa bölüyündə məhbus həyatı yaşadı.

Bir şans əsəri olaraq Əli bəy ittihadçıların böyük əksəriyyətinin taleyinə yazılan Malta sürgünündən kənarda qaldı. Əhməd Ağaoğlu isə düz iki il əvvəlcə Limnos, sonra isə Malta adasında həbsxanaya bərabər sürgün çəkdi.

Bilərəkdənmi, yoxsa təsadüfdənmi Britaniya işğal qüvvələri tərkibinə Əhməd bəyin daxil olduğu qrupun sürgün günü kimi 1919-cu il mayın 28-ini seçmişdilər. Bakıda Azərbaycan istiqlalının birinci ildönümünün qeyd edildiyi gün bu istiqlalın memarlarından  biri işindən, ailəsindən, dostlarından, vətənindən zorla ayrılaraq sonu görünməyən mübhəm yola göndərilirdi.

O gecə səhərə qədər uyumadıq, – deyə Əli bəyihəyatda üzlərini atam, anam, bacılarım, qardaşlarımla birlikdə xatırladığım ilk insanlardan birikimi təqdim edən Səməd AğaoğluHəyat bir macəra!” adlı xatirələrində yazırdı. – Qohum-əqrəbalar, Hüseynzadə Əli bəy kimi bir neçə yaxın dost, sonralar yeznəmiz  olacaq Nemət, dostu Atif yanımızdan ayrılmadılar”.

Həmin gündən başlayaraq təbiətən son dərəcə həssas məsuliyyətli insan olan Əli bəy Əhməd Ağaoğlunun həm onun yerinə ingilis əsirliyində zillət çəkməsi düşüncəsi ilə dostunun ailəsinə əlindən gələn qədər yardım göstərməyə, övladlarına həqiqi atalıq etməyə başladı. “Doktor Hüseynzadə Əli bəy! O qaranlıq illərin ruhumuza işıq istilik verən insanlarının bəlkə ən başda gələni idi” – Səməd Ağaoğlunun minnətdarlıq dolu bu etirafı çox şey deyir. 

XatirələrindəƏli bəyin xarakteri bir çox baxımdan anama bənzəyirdi. Bütün insanları sevən ürəyinin nəcib hissləri, hər fənalıq qarşısında öz acısından daha çox pislik edənin bədbəxtliyini düşünməsi, fəlakətlərin təsəllisini sənətdə, bilikdə, fəlsəfədə araması biri-birinə uyğun gəlirdi” – etirafında bulunan Səməd , Ağaoğlu ailəsinin digər övladları da işdən, yazı-pozudan, siyasi savaşlardan başı açılmayan səbirsiz, hövsələsiz atalarında tapa bilmədikləri şəfqət diqqəti analarından sonra bir Əli bəydə görmüşdülər. Ailə başçısının Maltada olduğu dövrdə bu diqqət daha da artmışdı: “Əli bəy bizi ətrafına toplar, dadlı-dadlı hekayətlər anladar, öyüt-nəsihətlər verər, atamla bağlı xatirələrini söyləyər, zaman-zaman yalandan özünü hirslənmiş kimi göstərir, gözlərini iri-iri açaraq üstümüzə gəlir, yenə eyni dadlı tərzdə danlayıb məzəmmət edərdi”.

Təbii ki, Əli bəyin sərtliyə əl atdığı məqamlar olurdu. Lakin zərurətdən doğan belə sərtliklər həmişə mərhəmət şəfqətlə müşaiyət edilirdi. Səməd AğaoğluHəyat bir macərakitabında belə hallarla da bağlı səciyyəvi bir epizod gətirmişdi: “Bir dəfə xəstələndiyim zaman udmamaq üçün müqavimət göstərdiyim həbi qollarımdan bərk-bərk tutaraq vurduğu şillədən heyrətlənib ağzımı açdığım zaman dərhal boğazıma dürtdüyünü xatırlayıram. İri həbin boğazımdan keçdiyinə əmin olduqdan sonra isə göz yaşları içərisində mənə sarılaraq üzümdən, gözlərimdən öpdüyü indiki kimi xatirimdədir

(Səməd eyni münasibəti atasından da görmüşdü. Bu da tamamilə normal idi. Çünki əksi qeyri-adi görünə bilərdi. “Atamadlı essesində cağdaş türk memuar ədəbiyyatının görkəmli nümayəndəsi yazırdı: “Ata kimi onun sərt davranışlarından zaman-zaman şikayətçi oldum. Hətta bir dəfə heç vaxt geri dönməmək  qərarı ilə mərhum Yusif Akçuranın evinə getdim. Aradan iki gün ötəndən sonra qayıtdığım zaman onu təkbaşına bağçada gəzib-dolaşan gördüm. Yanına yaxınlaşdım. Heç bir söz demədən qollarını açıb məni qucaqladı”).

Əli bəy sürgünlü dostunun övladlarına yalnız öyüd-nəsihət verməklə, yaxud müalicələri ilə məşğul olmaqla kifayətlənmirdi. Həm onları bədii sözün sehrli qüvvəsi ilə tanış etməyə çalışırdı.  Bu məqsədlə müxtəlif əsərlər, eləcə özünün orijinal yazı tərcümələrini oxuyurdu. Belə tərcümələrdən biri  Fridrix Şillerin antik yunan mifologiyasının süjeti əsasında yazdığıDie Bürgschaft” (“Ölüm”) balladası Əli bəyin almancadan tərcüməsində özününahəngli səsi bir az titrəyərək oxuduğu həyəcanlı ifasındauzun illər Səməd Ağaoğlunun yaddaşında yaşamış Həyat bir macəra!” kitabında yer almışdı:

Damon namındakı bir vətənpərvər,

Əsvabı altında gizləyib xəncər

Müstəbid Dionisə təqərrüb etdi.

Dionis sordu  sərt bir hiddətlə:

Qəsdin idi, çəkinmə, söylə!”

Qəsdim qurtarmaqdı zalımdan nası,

Olsun dar ağacı bunun cəzası !”

Maraqlıdır ki, Əli bəy şeriKəfalət, yaxud vəfalı dostlaradı ilə təqdim etmişdi. Rəvayətə görə, Pifaqor təliminin davamçıları olan Damon Phintius adlı iki gənc Sirakuzada, Kiçik Dionisin zamanında yaşamışdılar. Tirana xəyanətdə ittiham olunan Phintias edam cəzasına məhkum edilmişdi. Lakin işlərini yoluna qoymaq üçün onu müvəqqəti azadlığa buraxmışdılar. Dostu Damon isə əvəzində zamin qalmışdı. Phintius geri qayıtmasa dostunun yerinə edam ediləcəkdi. Phintias son anda, artıq ilgək Damonun boğazına keçirildiyi vaxt özünü çatdırmış, dərhal dar ağacı altında yerini tutmuşdu. Bir-birlərinə bu dərəcədə sədaqətli olan gənclərin dostluğu Dionisi o qədər heyrətləndirmişdi ki, tiran edamla bağlı qərarını dəyişdirmiş, onları sərbəst buraxmaq əmrini vermişdi...

Mübaliğəsiz demək olar ki, oxşar dostluq hissləri, vəfa sədaqət duyğuları Əli bəylə Əhməd Ağaoğlunun münasibətləri üçün səciyyəvi idi. Onların hər ikisi həyatlarının müxtəlif mərhələlərində təkcə ümumi işə deyil, həm bir-birlərinə şəxsi sədaqətlərini dönə-dönə sübut etmişdilər.

Atamın Malta sürgünü  illərində Əli bəy evimizin mənəvi dəstəklərindən biri oldu, – deyə Səməd bəy yazırdı:  Özü maddi yardım göstərə bilməyəcək dərəcədə yoxsul idi. Qara Kamalın dost əli uzanmasaydı, öz evinin güzəranını da təmin edə bilməzdi. Fəqət mənəvi yardımını bizim üçün bol-bol xərclədi. Anam bütün acılarını, bizim yaramazlıqlarımızdan tutmuş atamın həsrətinə qədər hər şeyi ona açıb danışmaqdan çəkinməzdi”.

Burada adı çəkilən Qara Kamal (? – 1926) həm Əli bəyin, həm Əhməd Ağaoğlunun yaxın dostu idi. “İttihad Tərəqqipartiyasının nüfuzlu üzvlərindən biri kimi tanınırdı. İttihadçıların hakimiyyəti zamanı az müddət ticarət iaşə naziri olmuşdu. İstanbulda ingilislərə ilk gülləni atmış, Qurtuluş Savaşına böyük ölçüdə dəstək vermişdi. Lakin nədənsə, Atatürklə ulduzları barışmamışdı.

Atatürk onu da tərəfdarları sırasında görmək istəyirdi. Qara Kamal isə çağırışı  qəbul etməmişdi. 1924- ildə Əhməd Ağaoğlunun evində onunla görüşərkən düşündüklərini dilə gətirərək demişdi: “Paşam, biz dövrümüzü bitirdik. Osmanlı imperatorluğu qollarımız arasında can verdi. Siz məmləkəti qurtardınız, yeni dövlət qurdunuz. Mənə mənim kimiİttihad Tərəqqinin əski liderlərinə düşən vəzifə müvəffəqiyyətinizə dua etməkdən ibarətdir”.

Yəqin ki, bu cür düşünən danışan şəxs aradan iki il keçəndən sonra Atatürkü öldürmək istəyənlərin sırasına qoşulmazdı. Lakin 1926- il İzmir olayından sonra yaradılan İstiqlal Məhkəməsi məhz belə bir ittihamla onun həbsinə qərar vermişdi. Qara Kamal da öz növbəsində dəmir barmaqlıqlar arxasında oturmaq istəməmişdi. Polislər onu həbs etməyə gələndə həyatına intiharla son qoymuşdu. Qara Kamalla dostluğuna görə Əli bəyin adı sui-qəsdçilər sırasına salınmış, İstiqlal Məhkəməsində uzun-uzadı sorğu-suala çəkilmişdi.

Həmin günlər, heç şübhəsiz, Əhməd Ağaoğlunun həyatının ən çətin dövrü idi.  Əvvəla özünün vəziyyəti ürəkaçan deyildi. Cümhuriyyətin demokratik əsaslarla qurulması, dövlət həyatındakı yolsuzluqların aradan qaldırılması ilə bağlı Atatürkə təqdim etdiyi məruzəyə görə qınaqlara tuş olmuş, baş nazir İsmət İnönünün simasında barışmaz düşmən qazanmışdı. Digər tərəfdən, İstiqlal Məhkəməsinin hakimi Əli Çətinqaya (məhkəmənin beş üzvündən dördünün adı Əlitürkcə tələffüzdə Ali olduğundan müasir türk tarixçiliyində bəzən müəyyən ironiya ilə ikili mənadaAlilər məhkəməsi adlandırılır, Səməd Ağaoğlu isə xatirələrində Əli bəy Hüseynzadədəndörd Əli önünə çıxarılan beşinci Əlikimi  danışır. İşin başqa ironik tərəfi , az qala hamısı Əli adı daşıyan hakim heyətininbeşinci ƏliniTürkiyədə şiəlik yaymaqda ittiham etməsi idi! O zaman İstanbul Darülfünunun hüquq fakültəsində təhsil alan ara-sıra məhkəmə iclaslarına gedən Sürəyya Ağaoğlunun yazdığına görə məhkəmə sədri Əli bəy HüseynzadədənSiz şiəsiniz, elə deyilmi?” – soruşduqda o, vüqarlaXeyr, Azərbaycan türküyəm” – cavabını vermişdi)  da, məhkəmə qarşısında dayananların əksəriyyəti yaxın dostları, birgə mübarizə yolu keçdiyi insanlar idi. Nəhayət, məhkəmə araşdırmasının mövzusu (Türkiyənin türklüyün xilaskarı Qazi Mustafa Kamal Paşanı öldürmək cəhdi!) o qədər təhlükəli   insanlarda qəzəb doğuran bir məsələ ilə bağlıydı ki, burada kiməsə yardım əli uzatmaq niyyəti    belə fikrə düşən şəxsin özü üçün təhlükə yarada bilərdi.

Əli bəyin həyatına risk olmadığına inandıqdan sonra Əhməd Ağaoğlu digər dostlarına, o cümlədən, kağızları içərisində özünün tamamilə başqa mövzulu məktubunun tapıldığı Mehmet Cavid bəyə (1875-1926), Salonikli Nazim bəyə (1870-1926) kömək etməyə, cəzalarını nisbətən yüngülləşdirməyə yollar axtarmışdı. Bu məqsədlə hətta xanımını o zaman xarici işlər naziri olan Tofiq Rüştü Arasın evinə minnətə göndərmişdi. Atdığı addımlar dövrün türk mətbuatının diqqətindən kənarda qalmamış, Əhməd Ağaoğlunu da sui-qəsdin təşkilatçı iştirakçıları ilə əlaqələndirməyə cəhdlər göstərilmişdi. O isə özünəməxsus sərtlik ötkəmliklə haqqında yalan yazanları dərhal yerində oturtmağı bacarmışdı.

İki dostun biriƏhməd Ağaoğlu natura etibarı ilə tribun idi. Hər yerə can atırdı. Həmişə hadisələrin mərkəzində olmağa çalışırdı. Belə hallarda bəzən tələsərək səhvlərə yol verirdi. Özünün ifrat sərtliyi, hövsələsizliyi ilə çox vaxt qaşınmayan yerdən qan  çıxarırdı. Bəzən xüsusi zərurət olmadan atəşi üzərinə çəkirdi. Bir sözlə, Rəsul Rzanın məşhur ifadəsi ilə desəm, “baltanı öz ayağına vurmayınca sakitləşmək bilməyən adamidi. Əli bəy isə hətta ən böyük işləri nəzər-diqqəti çəkmədən, gözə dəymədən görməyi üstün tuturdu. Təsadüfi deyil ki, dəqiq müşahidələri ilə tanınan Səməd  Ağaoğlu atasının dostları haqqındakı kitabında onuPərdə arxasındakı adamkimi təqdim etmişdi.

Pərdə arxasındagördüyü işlər isə kifayət qədər böyük cahanşümal idi. Müşahidə mülahizələrinə dəfələrlə üz tutduğum  Səməd Ağaoğlunun da qeyd etdiyi kimi, Əli bəy  diqqət mərkəzində dayanmağa can atmadığına görətürk fikir həyatına göstərdiyi böyük xidmətlərə sahib çıxmamış, “İttihad Tərəqqinin qurucularından olduğu halda adı çox da bilinməyən bir üzv kimi qalmaqdan, Göyalpın irəli atdığı fikirlərin bəlli-başlılarının əsl qaynağı ikən sadəcə universitetin öz işləri ilə məşğul olan bir dəri xəstəlikləri professoru kimi görünməkdən zövq almışdı...”

Səməd Ağaoğluatasının hər anlamı ilə böyük humanist olan dostununpərdə arxasındakı fəaliyyətini açıqlayaraq daha sonra yazırdı: “Dövrün böyük mürşüdünə ( Ziya Göyalp nəzərdə tutulurV.Q.) “islam ümmətindən, qərb mədəniyyətindən, türk millətindən olmaqfikrini verən o idi. Osmanlı imperatorluğunun din siyasəti ilə özünü doğrultmayacağı anlaşılınca bütün türklərə bir vətən kimi Turan yolunu o göstərdi. Yox, yox, qətiyyən mübaliğə etmirəmatamın bu dostu həqiqətən bütöv bir dövrün gizli həyat məktəblərindən biri olmuşdu. “

Bu mənada türkçülüyün digər görkəmli təmsilçiləri kimi Əhməd Ağaoğlunun da Əli bəyingizli həyat məktəbində”, gözəgörünməzpərdə arxasındahasil etdiyi ideya qənaətlərdən təsirləndiyi, yararlandığı hallar yetərincə idi. Doğrudur, o heç vaxt dostunun turançılıqlabağlı fikirlərinə sona qədər şərik çıxmamışdı. Bütünlükdə isə, Osmanlı imperiyasının fikir həyatında, xüsusən İttihad Tərəqqipartiyasının fəaliyyətində ideya müəllifliyi, ilkin qaynağı Əli bəyə gedib çıxan, əqidə dostlarının əməllərində isə öz praktiki təcəssümünü tapan cəhətlər az olmamışdı. Səməd Ağaoğlu bu münasibətlə yazırdı: “...birinci səfin arxasında fikir düşüncə aşılayan elə insanlar vardı ki, günlərin birində onların tarixi xidmətləri bəlkə meydana çıxa bilər. Fəqət üzləri insan olaraq, dost arkadaş olaraq həmən məchul qalacaqdır .” həmin məchulların içərisində ən parlaq şəxsiyyət kimi bir vaxtlar Yusif Akçuranınşimal günəşinəbənzətdiyi Əli bəyi önə çəkirdi: “Həmin bu insanlardan biri atamın bəyaz saqqallı, pənbə üzlü, gözəl gözlü şair, rəssam, musiqişünas, filosof, qəzetçi, münəccim, professor, doktor qafqazlı arkadaşı idi...”

lll

İttihad Tərəqqihökumətinin uğursuzluqları, Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyəti Osmanlı imperiyasının süqutu proseslərin önündə gedən yüzlərlə türk insanı kimi iki dostun da həyatını dəyişdirmişdi.

Əslində filosof sakitliyi müdrikliyi ilə seçilən Əli bəydə bu dəyişikliklərin miqyası o qədər böyük deyildi. Siyasi proseslərə ciddi şəkildə qarışmırdı. Ailə adamı kimi sakit, mütəvazi həyatını yaşayırdı. Az, lakin son dərəcə sərrast, birbaşa hədəfə dəyən şeirlər, məqalələr yazırdı. Dante, Göte, Adam Smit kimi dünya klassiklərinin bədii, yaxud elmi əsərlərini orijinaldan tərcümə edirdi. Sufi müdrikləri kimi aza qane olub yaşayır, dünyanı dəyişdirməkdənsə onu seyr dərk etməyi daha üstün tuturdu.

Narahat, üsyankar təbiəti isə Əhməd Ağaoğlunu bir yerdə qərar tutmağa qoymamışdı. Malta sürgünündən dönən kimi Qurtuluş Savaşına qoşulmaq məqsədi ilə Anadoluya keçmişdi. Qısa zamanda Türkiyə Böyük Millət Məclisi hökumətinin başçısı Mustafa Kamal Paşanın böyük etimadını qazanaraq onunmətbuat naziri” –Mətbuat İstihbarat ümumi müdiri olmuşdu.

1921-1931-ci illər arasında İstanbul sakini kimi qalmağı daha üstün tutan Əli bəylə yeni paytaxt Ankarada yaşayan Əhməd Ağaoğlunun bir neçə görüşü istisna etməklə bütün əlaqələri məktublar vasitəsi ilə həyata keçirilmişdi. Amma təəssüf ki, həmin yazışmanın çox az bir qismi, həm yalnız Əhməd bəyin məktubları günümüzə gəlib çatmışdır. Onlar iki görkəmli fikir adamının şəxsi, ailəvi münasibətlərini, baş verən proseslərə baxışlarını, aktual məsələlərlə bağlı qənaət mülahizələrini əks etdirir. Söhbət Feyzavər Alpsar tərəfindən Ege Universitetinə hədiyyə olunmuş 13 məktubdan gedir.

Əhməd Ağaoğlunun 1922-ci il fevralın 22- Ankaradan göndərdiyiƏziz yoldaşım Əli bəy!” müraciətli məktubdakıMən İstanbuldan ayrıldıqdan sonra ətrafında bir boşluq hasil olduğundan o boşluqları doldurmayan kiçikliklərdən, bayağılıqlardan şikayət edirsən” – sözlərindən göründüyü kimi, Əhməd bəyin gedişi dostu üçün az qala əvəzsiz  itkiyə çevrilmişdi. Digər tərəfdən tarixi bir mərhələdə türklük uğrunda savaşdan kənarda qalması təəssüratını yaratmışdı.

Əhməd bəy özünün son illərdəki hərəkətli həyatına (Azərbaycan, Malta, Ankara), eləcə türk insanının azadlıq savaşına diqqəti çəkərək dostunu bütün bu proseslərin içərisində, önündə gördüyünü vurğulayırdı: “Son dörd sənə bütün türk aləmi üçün bir dərbədərlik dövrü olmadımı? Biz burada, bu girdabi-mücadilə içində kəndimizi adəta sərxoş edərkən sənin daima yüksək, daima nəzih sakin ruhun, heç şübhə etmirəm ki, ətrafını almış olan zülmət məskənət (sakitlikV.Q.) içində kəndisi üçün təsəllilər ümidlər bulurdu. Türkün əbədi aşiqi olan Əli təbiəti ilə Türkdən heç zaman ümidini kəsməzdi”. MəktubdakıMənə göndərdiyin əşarınla da bunu sübut etmiş olursan”, “hələ o aləmi-bəşər haqqında yazdığın mənzuməsözləri isə Əli bəyin bizə məlum olmayan əsərlərinə işarədir.

Son dərəcə çətin, mürəkkəb dövrü arxada qoyduqlarını, artıq ümid qapılarının  açıldığını müjdələyən Əhməd bəy daha sonra yazırdı: “Fəqət şükürlər olsun ki, yenə Türkün əzəli dəhası müharibənin fəlakəti-ümumiyyəsini Türk milləti üçün hazırlamış olduğu əbədi məzarı bərtərəf etməyə müvəffəq oldu yenidən pişgahi-xəyalımızda vəsi ümid üfüqləri təhiyyə etdi. Allah verə, bu kərə bu ümidlərimiz boşa çıxmaya millətin istehsal etmiş olduğu bu müsaid imkanı biz rəhbərlər sırf məlul olan dimağ qəlblərimizin təhrikatı ilə yenidən qeyb etməyəlim”.

İzmir savaşında yunanlar üzərində qazanılan tarixi qələbədən sonra sevincini Əli bəylə bölüşən Əhməd Ağaoğluindiyə qədər sənə məktub yazmadığımın günah olduğunu çox iyi idrak edirəm”- sözləri ilə üzrxahlıq edir,  içində bulunduğumuz girdabi-həvadis üzərimə aldığım vəzifənin ağırlığı mənə dostlarını düşünmək üçün vaxt, hüzur verirdi. Əlhəmdülillah bu kərə mücadiləmizin bu qədər müəzzəm müvəffəqiyyəti ilə hasil olan güşayiş hamımıza bir az rahat nəfəs almaq yek digərimizi xatırlamaq imkanını bəxş eylədi” – deyə həyatlarında artıq yeni mərhələnin başlayacağını ümidlərini bildirirdi.

Çağdaş Türkiyədə Zəfər günü kimi qeyd edilən İzmir qələbəsinin qazanılmasında Əli bəy Hüseynzadənin rolu ola bilərdi? Əhməd bəy üçün bu sualın cavabı aydın idi: dostunun son dörddə bir əsr ərzində çoxcəhətli fəaliyyəti əsərləri ilə türk insanına aşıladığı türkçülük, milliyyətçilik, vətənçilik hissi əsgərin silahından, komandanın əmrindən az görməmişdi. Qələbəyə inamın hasil olmasında süngü ilə qələm yanaşı dayanmışdı. Məktubda deyilirdi: “Türklüyün bir bəəsü bədəlmövt (ölümdən dirçəlişV.Q.)  möcüzəsinə məzhər olaraq yenidən tarix səhnəsinə daha möhtəşəm daha mühib bir sima ilə çıxır müqəddərat əmcədə daha çox vəzifələr icra edəcək hələ Şərqi arxasınca sürükləyərək yeni-yeni üfüqlərə doğru yürütdürəcək qüdrəti haiz olduğunu bütün bəşəriyyətə elan edir. Sən Türklüyə bu ruhu aşılayan amillərdən birisən! Bu həqiqəti dostların heç bir zaman unutmadılar əmin ol ki, gərək fəlakətli, gərək məsud zamanlarda heç bir dəqiqə sənin xatirən onların qəlblərindən silinmiş deyildi”.

Yüksək çinli dövlət məmuru olduğu halda özü maddi ehtiyacın, sıxıntının hər üzünü görən Əhməd bəy dostunun daha böyük çətinliklərlə üzləşməsindən xəbərsiz deyildi. Odur ki, ona ürək-dirək verir, hər şeyin lap tezliklə yaxşılığa doğru dəyişəcəyinə inandırmağa çalışırdı: “Dörd-beş sənədən bəri böyük müzayiqələr sıxıntılar içində bulunduğunu hamımız bilir lakin hamımız da eyni hal içində qıvrındığımız üçün indiyə qədər bir şey yapmaq imkanı bula bilmirdik. Fəqət hamımız üçün maddi mənəvi sıxıntıların nəhayətə irişmək üzrə olduğunu lap yaxında yek digərimizə qovuşaraq güşayişli günlər görəcəyimizi ümid edirəm.” Başqa bir məktubunda isə yazırdı: “İnşallah, məramımıza müvafiq bir sülhə nail olur yenidən hamımız birləşir yenə o əski işlərimizə (mətbuat, yaradıcılıq fəaliyyəti nəzərdə tutulurV.Q.) qayıdırıq. Səni buraya cəlb etmək fikrindəyik, deyirsən?”

Əli bəyi yeni Türkiyənin siyasi mərkəzi Ankaraya gətirmək, burada onun geniş bilik təcrübəsinə uyğun işlə təmin olunmasına şərait yaratmaq, türk milləti qarşısındakı böyük xidmətlərinə uyğun bir güzəranla təmin etmək 1920-ci illərin əvvəllərində Əhməd Ağaoğlunu düşündürən başlıca məsələlərdən idi. 14 iyul 1923- il tarixli məktubunda bu barədə yazırdı: “Sənin maaşın haqqında ayrıca Ziya Göyalp ilə bərabər Maarif Vəkili ilə görüşəcəyik nəticəni, əlbəttə ki, sənə yazacağam”.

(Ardı var)

 





10.03.2014    çap et  çap et