525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Martın 11-də Bakı və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən xəbərə görə, Abşeron yarımadasında gecə 4-6, gündüz 9-14 dərəcə, Bakıda 4-6, gündüz 11-13 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında martın 11-də gecə və səhər bəzi yerlərdə hava yağıntılı olacaq, gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, martın 12-də axşamadək Abşeron yarımadasına meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin 12-də axşam və 13-də atmosfer təzyiqinin xeyli güclənməsi, güclü xəzri küləyi, havanın temperaturunun aşağı enməsi meteohəsas insanlar üçün əlverişsizdir.
 





10.03.2014    çap et  çap et