525.Az

Dünyada bundan qəmli hekayət yoxdu...


 

Dünyada bundan qəmli hekayət yoxdu...<b style="color:red"></b>

2013- ilin payızında Azərbaycan Türkiyə ekranlarına iki ölkə kinematoqrafçılarının Elçinin eyniadlı romanı əsasında müştərək çəkdikləriMahmud Məryəmfilmi çıxdı. Hal-hazırda bu blokbasterin prokatı Şərqi ərəb ölkələrində Avropada uğurla həyata keçirilir. Bu filmi görən tamaşaçılar (Azərbaycanda belələri çox deyil. Çünki müasir azərbaycanlı tamaşaçı yeni filmləri internetdən izləməyə, yaxud da televiziya ekranlarında  nümayiş olunacağı günü səbrlə gözləməyə adətkardı) onun bədii dəyərlərini, aktyorların peşəkarlığını, quruluş verilmiş kadrların maraq parlaqlığını xüsusi qeyd edirlər. Mənsə filmə baxdıqdan sonra düz otuz il əvvəl işıq üzü görən bu romanı təzədən oxumaq, tarixin müəyyən dönəmlərində yazıçı təbiətinin heyrətamiz dərəcədə incəgörənliyi barədə düşüncələrimi bölüşmək istədim.

XX əsrin 80-ci illərində Azərbaycanda Ermənistanda təxminən eyni vaxtda iki kitab çıxdı: Zori BalayanınOcaqadlı publisistik essesi ElçininMahmud Məryəmromanı. “Ocaq” 1984- ildə Moskvada çap olundu, “Mahmud Məryəmromanı isə 1985-ci ildə Bakıda rus dilində işıq üzü görəndən sonra dünyanın bir çox dillərinə tərcümə edilib yaxın uzaq xaricin bir çox ölkələrində nəşr olundu.

Bu əsərlərdə eynilə güzgüdəki kimi dünyanı dərkin iki qütbü, öz xalqının tarixi keçmişinə iki yanaşma əks olunmuşdu. Bir tərəfdə milli əlahiddəliyin şəninə nəğmələr, öz xalqının bütün məşəqqətlərinin səbəbini düşmən mühitdə, “qaniçəntürklərin arasında yaşamağa məhkumluqda axtarmağın uğursuz cəhdi (Z.Balayanın kitabı), o biri tərəfdə Elçinin klassik Azərbaycan, daha geniş götürsək, Şərq ədəbiyyatının çoxəsrlik humanist ənənələrini, milli, dini irqi mənsubiyyətindən asılı olmayaraq, insana sevgini əks etdirən romanı. Əgər Z.Balayanın publisistikasında başqa dinlərin nümayəndələrinə, xüsusən türklərə qarşı  dözümsüzlük, hətta nifrət hökm sürürsə, Elçinin romanında əksinə, möhtəşəm humanist çağırış var (bizlər hamımız Adəmin Həvvanın törəmələriyik, müxtəlif dinlərin nümayəndələrinin bir-biriylə birləşməsinə mane olan xurafatçılıq isə son nəticədə faciəyə gətirib çıxarır).

... Film kimi romanda da keçmiş əyyamların hadisələrindən bəhs olunur. XVI əsrin əvvəllərinin Gəncəsi (Şah İsmayılın hakimiyyəti dövrü), güclü, eyni zamanda əsl məhəbbət qarşısında aciz olan Gəncə hakimi Ziyad xan onun xanımı, gözəllər gözəli Qəmərbanu, Mahmud Məryəmgəncliyin çılğın ehtirasıyla bir-birlərini sevmiş bir müsəlman oğlanla, bir xristian qız.

Əsər artıq uzun əsrlər boyu qələm fırça sahiblərinin ilham aldıqları, musiqiçiləri orijinal əsərlər yaratmağa sövq edən (onların arasında böyük Üzeyir Hacıbəyovun muğam operası da var) ölməz romantik dastanƏsli Kərəmin süjeti əsasında yazılıb. Amma XX əsr yazıçısının romanı dastanda elan olunmuşbu zalım ədalətsiz dünyada məhəbbət ölümə məhkumdumövzusundan şübhəsiz ki, xeyli dərin, əhatəli çoxsəslidi .

Mən bu yazıda Elçinin əsərlərini təhlil etmək fikrində deyiləm. Görkəmli Azərbaycan yazıçısının yaradıcılığının araşdırıcıları bu işi artıq çoxdan peşəkarcasına görə biliblər. Yalnız şəxsi nöqteyi-nəzərimcə, kitabda onun əsasında çəkilmiş filmdə xüsusi aktuallıq kəsb edən bəzi cəhətləri qeyd edəcəyəm. Bəli, “Mahmud Məryəmromanını yenidən oxuduqca, heyrətlənməyə bilmirsən ki, yazıçı müəyyən qədər sabit dövrdəXX əsrin 80-ci illərinin əvvəllərində XXI əsrin əsas çağırışlarını təhlükələrini necə görə, dərk edə bilib?!

Kitab hadisələrin çıxılmazlığı, faciələriylə heyrət doğurur: saray çəkişmələri qanlı çevrilişlər, hökmdarların onların əyanlarının xəyanətləri, ac-yalavac rəiyyətin güzəranı (Səfillərlə bağlı elə bircə epizod  kifayətdi), türk xalqlarının bir-birinə qənim kəsilməsi bunun apofeozu, məşhəri kimi Osmanlı Səfəvi qoşunları arasında baş verən orta əsrlərin ən qanlı döyüşündən sonra Çaldıran yaxınlığında kəsilmiş başlardan ucaldılan dağ...

Mahmud Məryəmromanının ərsəyə gəldiyi müddətdə zamanına (1980-1988-ci illər), həm verdyi insan tələfatına görə (1 milyondan artıq) İkinci Dünya müharibəsindən sonranın ən qanlı münaqişələrindən biri, İran-İraq müharibəsi baş verdi. Bu müharibədə həlak olanlar arasında bizim soydaşlarımız, azərbaycanlılar da var idi Elçin Mahmudun diliylə Allaha üz tutub ondanbir qarış torpağa”, “bir kisə qızılagörə bir-birlərini qırmamaları üçün insanları din-imana gətirməyi diləyəndə, şübhəsiz ki, mənasız, qanlı müharibəyə cəlb olunmuş  dini bir olan insanları, Arazın o tayındakı qardaşlarını da nəzərdə tuturdu. Yəqin ki, SSRİ-nin Əfqanıstana girməsi Elçində bu mənəvi etirazı yaradan səbəblərdən olmuşduhansı ki, bu dəhşətli yük-200 keçmiş SSRİ-nin digər respublikalarıyla yanaşı, Azərbaycana da gələndə bizlər ilk dəfə həmin o sink tabutların varlığından agah olmuşduq.

yazıqlar ki, gələcəyi görənMahmud Məryəmromanı, təbii ki, həm filmi XXI yüzillikdə daha da aktuallaşdı. Hətta ölkəmiz üçün kifayət qədər sabit olan dönəmlərdə Elçinin o dövr üçündəbdə olmayandini dözümsüzlük mövzusuna müraciət etməsinin özü heyrət doğurur. O dönəmlərdə sovet ideoloqları ölkədəki milli məsələlərin həllindən danışarkən var gücləriylə car çəkirdilər ki, guya SSRİ- artıqyeni tarixi birlik-sovet xalqıformalaşıb. Avropa da var gücüylə birləşirdi böyük məmnunluq hissiyləüçüncüölkələrdən gələn mühacirləri qəbul edirdi. Həmin illərdə beynəlmiləlçilik, multikulturalizm anlayışları aktual tələb olunan idi. Odur ki, kitabda baş verən hadisələrin bugünkü günə proyeksiyasına, mən yazıçı öncəgörənliyi, yazıçı hissiyyatından başqa ad verə bilmərəm.

Elçin əsl yazıçı ziyalı kimi yaradıcılığında həmişə non-konformist olub, həmişə axına qarşı gedib. Bu romanda isə o ilahi öncəgörənlik zirvəsinə yüksəlir: insanlar, ayıq olun, dini fanatiklərin milli ekstremistlərin fitvasına getməyin, əks halda müasir Mahmud Məryəmi eyni faciə gözləyir. Dediyi çin oldu. Digər faktorlarla yanaşı Zori Balayanın qəddar əsəri öz işini gördü. Cəmi bir neçə il sonra Qarabağ hadisələri başlandı, üçüncü dünya müharibəsi təhlükəsi yarandı. Hələlik adısoyuq müharibədi, əslində isə əsl muharibələr kimi yetərincə qaynardı, nəticədə bu digər tərəfdən dinc insanlar ölür, qan su yerinə axır. Mən müsəlman xristian (Norveçdə təxminən 80 nəfəri qətlə yetirən protestant fundamentalist Breyviki xatırlamaq kifayətdi) dini fanatiklərinin törətdikləri partlayışları terror aktlarını nəzərdə tuturam. Elçinin romanında verilən bir neçə yüz il əvvəlki kimi dini dözümsüzlük, fanatizm, “özdinindən olmayana qarşı əsassız nifrət bu günün insanlarını da bir-birinə qənim kəsib. Budur, rafinə olunmuş Avropa siyasətçiləri miqrantlara  qarşı kəskin qanunlar qəbul edir, məscidlərin inşasına qadağa qoyur, multikulturizmin tənəzzülə uğradığını bəyan edirlər. Müasir Mahmud Məryəm arasında olan məhəbbət isə neçə yüz il əvvəl olduğu kimi  XXI əsrdə əksər ölkələrdə yenidən məhvə məhkumdu. Təəssüf ki, siyasətçilər bizlərə israrladünyanı yalnız məhəbbət xilas edə bilərfikrini təlqin edən yazıçı səsini eşitmək istəmir.

Romanda səslənən daha bir heyrətamiz öncəgörənliyi xatırlatmaq istərdim. Bu, Ərzurumun hakimi Süleyman paşanın bir qədər kəskin tərzdə olsa da öz həmsöhbəti Mahmuda izah etdiyi fikirlərdi. Süleyman paşa deyir: “Mənim üçün bəşəriyyət millətdən yüksəkdə deyil. Mənim üçün türklər insandan yüksəkdədi!.. Heyvanlar hamısı bir deyil. İnsanlar da bir deyil. Bütün dünyanın türkləri sifət quruluşlarından, adətlərindən asılı olmayaraq birləşməlidi!.. Bəs biz edirik? Uzun Həsən yunanlarla osmanlılara qarşı ittifaqa girib! Qaraqoyunlularla ağqoyunlular bir-birlərini qırdılar! Sultan Səlim edir? Taxta çıxan kimi öz təbəələri olan qırx mindən çox qızılbaşlını asır. Bu qızılbaşlılar kimdi? Özümüzünkülər! Şah İsmayıl edir? Şeyxlərin şərəfini qoruyur! Türkün şərəfini qorumaq əvəzinə! Özümüz özümüzə balta vururuq...”

Elçin cəmi onca il sonra onun türklərin birləşməsi uğrunda coşğun harayının eşidiləcəyini, SSRİ məkanında müstəqil türk dövlətlərinin yaranacağını, Sultan Səlimin Şah İsmayılın nəsildaşı böyük Heydər Əliyevin türk qardaşlığıyla bağlıTürklər azərbaycanlılar bir millət, iki dövlətdirkimi müqəddəs formulun ürəklərə yazılacağını necə heyrətamiz öncəgörənliklə duymuşdu.

Amma qarşıda hələ 10 il var idi, zori balayanların insana nifrət fəlsəfəsinə qarşı ümumtürk, daha geniş anlamda ümumbəşəri həmrəylik çağırışını elan etmək üçün yazıçı cəsarəti prinsipiallığı tələb olunurdu.

lll

... İndi isə əslində bu məqalənin yazılmasına informativ əsas verənMahmud Məryəmfilminə qayıtmaq sıravi tamaşaçı kimi,  təəssüratlarımı bölüşmək istərdim. Tanınmış Azərbaycan jurnalisti Qalina Mikeladzenin yazdığı kimi həmin tamaşaçı nümayişdən əvvəl tərəddüd içindəydi: görəsən, kinematoqrafçılar romanın obrazlı fəlsəfi qayəsini əsaslı itkilərə yol vermədən kino dilinə gətirə biliblərmi? “Belə  cəsarətli addıma ehtiyatsız yanaşmaq olmazdı. Milyonlarla oxucusu olan səviyyəli tərcümələr vasitəsilə dünyanın müxtəlif dillərində yayılıb danışan bu bədii material kinematoqrafik üsullarla təmasa girərkən öz cazibəsini fəlsəfi mənasını itirməyəcək ki? Hər sözü nəfis nəsrin ətrinə, təkrarsız musiqili çoxsəsliyinə bürünmüş müəllif mətni fərqli üslubda təqdim olunarkən bunun təsiriylə öz mənasını dəyişməyəcəkmi?..”

Etiraf edim ki, mən filmə baxmaqdan öncə daxili həyəcan hissi keçirirdim. Bir neçə gün hətta diski diskovoda qoymağa belə ürək eləmədim: bəlkə məni məyusluq gözləyir, birdən baş qəhrəmanların seçimi məni qane etmədi, həm romanın qəliz çoxqatlı strukturunu kino diliylə necə təqdim edə biləcəkdilər? Beləcə, mən filmə müəyyən qədər skeptik yanaşmayla baxmağa başladım. Üstəlik, pressanın verdiyi məlumatdan öyrənib bilmişdim ki, Xalq yazıçısı Elçin Azərbaycanın  Salnamə Türkiyənin 24 Kare şirkətlərinin müştərək ekran həyatı verdikləri bu  məşhur romanının taleyini əslində kinoda yeni ad olan, debütant rejissor Mehmet Ada Öztəkinə həvalə edib.

Hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəklədiyi bu layihə öz-özlüyündə yalnız müasir ədəbiyyatımızın ən parlaq əsərlərindən birinin ekranlaşdırılması kimi önəm kəsb etmir. Onun daha bir önəmi ilk Azərbaycan-Türkiyə müştərək kino layihəsi olmasıdı. Üstəlik belə masştablı... Çəkilişlər müxtəlif ölkələrdə şəhərlərdə aparılmalıydı, aktyorlar qılınc tutmağı at minməyi öyrənməli, kostyumlar öz qəhrəmanlarını orta əsrlərə aparmalı, operator osmanlılar səfəvilər arasında olan döyüş səhnələrini lentə almalıydı. Mən hələ ekranda milyonların sevimlisinə çevrilmiş Mahmud Məryəm obrazlarını canlandıracaq aktyorların axtarışlarını demirəm.

Filmə baxdıqca  daxili tərəddüdlərim zəiflədi, filmin sonunda isə tamam əriyib getdi. Hökm birmənalıdı! Çox layiqli film alınıb, yaradıcılar ədəbi materiala ehtiyatla yanaşıblar. Əlbəttə ki, Mahmudun səyahət zamanı rastına çıxan yoxsul xalqın əzabları kimi, səfəvilərlə osmanlılar arasındakı qarşıdurmanın məğzi kadr arxasında qalıb. Əlbəttə ki, kino dili ikinci plandakı obrazları (Mahmudun müəllimi Səfi, gözəl Ceyran, Qırmızı Tumanlı Kişi, Səfillər dəstəsi s.) bütün çoxqatlığı mürəkkəbliyi ilə verə bilməzdi. Bununla yanaşı, filmin yaradıcıları tarixi mövzuda çəkilmiş əksər Azərbaycan filmlərində qüsur kimi görünən uzunçuluqdan söz yığınından məharətlə qaçaraq, həqiqi mənada, birnəfəsə baxılan aktyorların, o cümlədən bütün çəkiliş heyətinin peşəkarlığının heyrət doğurduğu parlaq, dinamik film ərsəyə gətirə biliblər.

Filmin uğurunu şərtləndirən əsas məqamlardan biri Mahmud Məryəm rollarının ifaçılarının düzgün seçimidi. Aras Bulut İynemli Yeva Dedova lirik romantik zahiri görünüşləri, təbiilikləri ilə tamaşaçı qəlbini fəth edir. Onlar bizlərə Leyli Məcnun, Romeo Cülyetta, Əsli Kərəm kimi dünya ədəbiyyatının ölməz obrazlarını xatırladırlar. Bütün bu ədəbi obrazlar vəhdət yaradıb bütöv möhtəşəm məhəbbət himninə çevrilir. Bəli, bu məhəbbəti yalnız öldürmək olar, onu sındırmaq, başqasının iradəsinə tabe etdirmək mümkün deyil. Məğzi etibarilə film   bunu deyir: insanın ən ekstremal, ən gözlənilməz vəziyyətlərdə belə seçim imkanı var. Bəzən hətta o, özünə, öz ali məqsədlərinə xilaf çıxmamaq üçün ölümü seçməli olur.

Onu da qeyd etməliyik ki bəzi obrazlar tam açılmır, Elçinin romanını oxumayan müasir tamaşaçı üçün suallar yaradır. Amma bunun bir yaxşı tərəfi var ki, bizdə xaricdə bu film özünün ilkin ədəbi mənbəyinə böyük maraq yaradacaq. gənc nəsil (kaş ki, belə olaydı) görkəmli Azərbaycan yazıçısının bütün nəsri kimi bu cəzbedici, sirli-sehrli romanına müraciət edəcək.

lll

... Bu qədər əzab fəlakətlərin olduğu bir dünyada xoşbəxt olmaq mümkündürmü? Məşəqqətli həyat qəm-qüssə dünyasında insanın adi insan xoşbəxtliyi yaşamağa haqqı çatırmı? Elçin bu sualların cavabını vermir.

Onun nəsri didaktik deyil, bu nəsr insan ruhunun müalicəsi üçün hesablanmayıb. Onun məqsədi başqadıinsanı realist olmağa məcbur etmək, dünyanı gözqamaşdırıcı rənglərsiz, yalnız həqiqətin rəngində görməkdə ona yardımçı olmaq. Eyni zamanda, onun arzularına doğru fasiləsiz canatımını təqdir etmək. Axı, Elçinin məşhurLiteraturnaya qazetada çap etdirdiyi esselərindən birində dediyi kimi yazıçı məğzi etibarilə təbiətən ən xəyalpərvər insandı.

Beləcə, biz əzəmətli romanın sonuncu səhifəsini çevirib, onun istedadla çəkilmiş kino versiyasının sonuncu kadrlarına baxıb arzu edək ki, dini yaxud silki xürafatın hökmüylə məhkum olunmuş məhəbbət mövzusunun dəbdən düşəcəyi, yalnız yalnız sənət əsərlərində yaşayacağı gün gələcək. Bu mənada, Mahmud Məryəmin ölməz obrazları da Azərbaycan xalqıyla birlikdə əbədi yaşayacaq.

 





10.03.2014    çap et  çap et