525.Az

Yusif Səmədoğlunun gülüşü


 

Yusif Səmədoğlunun gülüşü<b style="color:red"></b>

İnsanın necə güldüyündən tərbiyəsi,
nəyə güldüyündən isə zəkası səviyyəsi aydın olar”.
Mövlana Cəlaləddin Rumi

Bir var ürəkdən gülmək, bir var nəyinsə xətrinə gülmək. Bir var ürəkdən qəhqəhə çəkib gülmək, bir var kimsə güləndə onun ağzına baxıb yamsılamaq. Hər cürsə gülənlər çoxdur. Hərə bir cür ömür eləyir, bir cür gülür. Bizim cəmiyyətimiz gülən cəmiyyətdir, özü bu gülüşün axırı heç yaxşı görünmür. Məsələ orasındadır ki, bizi güldürənlərdən, bizim güldüklərimizdən, bizə gülənlərdən az-çox halı olanlar biixtiyar bu sözləri dodaqaltı mızıldanırlar: ya imami-zühur.

Dostoyevski yazırdı ki, “Gülüş, ruhun heç çaşmayan aynasıdır”. Ona görə bu rus yazıçısı insanı sözlə anlamaqdan daha çox üz ifadələri jestlərlə qanmağın üstünlüyünü dönə-dönə vurğulayırdı. Dəvəsi ölmüş ərəbdən fərqlənməyən indiki ədəbi əsərlərdəölməmiş gülüşnadir hallarda yaranır, naqis cəhət odur ki, yaranan da ilğım misalıdır. Hazırkı nəsrimizdə ironiya o qədər çılpaq, “anabülbülüdür ki, sözü-sözün altından keçirib göstərmək deyilən işdən zərrəcə əsər görmək olmur. Quşları da görmək olur, güllələri ta bu ovçuluq oldu?!

Mirzə Cəlildən sonra Azərbaycan ədəbiyyatında gülüş səngidi. Axırıncı qulağımızda qalan şaqqanaq səsi Kefli İsgəndərindir. Hərçənd ki sonradan ogülüşün ipini hərə bir dirəyə çəkib bağlamaq istədi, ya da özü fırlandığı səmtə çəkmək istəyənlər tapıldı. Daha sonra Sovet ədəbiyyatında diri olan, yayılan yaşayan, ən əsası, ağlı başında olan gülüş demək olar ki, az oldu. Yaddaşımı qurdalayanda bu qəbildən xoş xatırlanası AnarınMolla Nəsrəddin-66” əsəri yada düşür.

60- illərdən dünyada gedən dürlü tendensiyalar fraqmentar təfəkkürə gətirib çıxardı. Selincerin qəhrəmanları Kefli İsgəndər kimi yerində dayanıb gülmürdü ki, hamı ona diqqət kəsilsin. Artıq türklər demiş, “gülüb geçmekmeydana gəlmişdi, görünür, bu da müasir dünyanın sürətiylə bağlı idi. Məhz bu cürgülüb keçməkaspektindən yanaşanda Yusif Səmədoğlunun, sözün əsl mənasında, böyük nəsr nümunələrini həm onun gülüşü ilə, ironiyasıyla çözə bilərik. Y.Səmədoğlunun bütün nəsr nümunələrini diqqətlə oxuya-oxuya onun əsərlərindəki yumor, ironiya, o dövrkü gülüş məni heyran qoydu. Onun nəyə necə gülməsi barədə ağlımkəsən qədər düşünməli oldum. Misallara keçməmişdən irəli bir məqamı bəri başdan vurğulayıram, təvəqqem ondan yanadır ki, bu mətn daxilində gülüş sözünü dar mənada yox, geniş mənada (ironiya, ezop dili, yumor, eyham s.) qəbul edəsiniz. İndi isə Y.Səmədoğlunun əsərlərindəki ironik yumoristik məqamlara nəzər salaq:

***

Restorana gələn qızlar, qadınlar hərdən məqam tapıb kişilərin çiyinləri üzərindən, yan-yörələrindən ona baxırdılar. Bu baxışların adını Səbzəli kişigəl məni aparqoymuşdu. (“Bayatı-Şirazhekayəsi)

***

  vurursan, ağrın alım.

Kardiaminis cartes!

Yaxşı dərmandımı, bizimkidi, ya onnarın? – Salatın Mahmuddan soruşdu.

Zülfüqar kişi arıq boğazının hulqumunu oynada-oynada bığaltı gülürdü. Çünki o da Mahmud kimicartesin mənasını bilirdi, bilirdi ki, bu söz erməni dilindəyıxıldı”, “dağıldı”, “öldüdeməkdir. (“Qətl günüromanı)

***

Dünya tamam qarışıb, ay Temir, hər yanda dava gedir.

Mənə !

Məxluq qırılır, a kişi!

Biz ha qırılmırıq. (“Qətl günüromanı)

***

Mahmud da vacib bir işi-filanı olmayanda, hər axşamVremyaya qulaq asırdı. “Vremya Bakı da verirdi, Tiflis . Mahmud, televizorla çox əlləşməsin deyə, əvvəlcədən kanalı Tiflisə keçirdi. Diktor görünən kimi ucadan dedi: ölmüş genə qırmızı paltardadı, fətə-bərəkallah, əh, sənin xaliqin, canan! (“Qətl günüromanı)

***

Znaçit, ağa deyir ki, sür dərəyə... Arvad, bunu, mən ölüm, düz dedin. Lap düppədüz! Bu ağalar az qala desinlər ki, Cavadov, dombal, sənnən işimiz var. (“Deyilənlər gəldi başaromanı)

***

  Ay nənə, mələklər niyə göydə yaşayırlar? Niyə gəlib bizimnən olmurlar?

  Bizimnən olsalar, ağrın ürəyimə, onlar murdar olarlar.

  Murdar nədi ki?

Yəni erməni kimi bir şey olarlar... (“Deyilənlər gəldi başa  romanı)

***

Səməndərin bu da yadına düşdü ki, adətən, axşamlar, bulvarda rastlaşıb söhbət elədiyi  adamların arasında ağıl sarıdan bəxti gətirməyənlər az deyildi.  Hətta birisi hər dəfə çayxanada əlinə keçən bir adamı çənəsinin altına salıb, şapkasından çıxardığı qalın dəftəri varaqlaya-varaqlaya kosmosda Azərbaycanın payına düşən Ulduzları bircə-bircə sadalayardı. (“Deyilənlər gəldi başaromanı)

***

Dörd xoruzdur, altı da fərə.

Afərin Xallıya.

Ay canım, qırqovulları vuran biz, sən afərini tulaya deyirsən. (“Gözlərhekayəsi)

    ***

Mahmud, Salahlı Sadığın inəyinə vurduğun iynədən olar birdən, məni halvalıq eləyərsən.

  bilim e, a kişi, səhər uşaq gəldi ki, tez ol özünü yetir Sadıxgilə. Heç əməlli başa düşmədim naxoş kimdi, Sadıxdı ya inəyi?.. yaxşı kişiyə vurmamışam (“İncə dərəsində yaz çağıhekayəsi).

Yuxarıda çəkdiyim misalları oxudunuz. Gözünüzün qarşısında yaranan mənzərə oldu?  Bu təbii ki, dünyada baş verənləri anlayan, iti gözlə izləyən, yeri gələndə öz əsərlərində uğurla istifadə edən, həyatın özündən doğan yumoru, zarafatı əks etdirən əsl usta yazıçının gülüşüdür. Y.Səmədoğlunun gülüşü mənə beş cəhətə görə maraqlı görünür.

1. Onun gülüşü gülüşə qədərki, situasiyanın ahəngini pozmur.

2. Onun gülüşü süjetdən situasiyadan kənarda da öz batini xarakterini saxlayır.

3. Onun gülüşü obrazın xarakterini açır, mövzunun ipini bir az da dərinə sallayır (kor quyuda da həyat var).

4. Onun gülüşü gülüş xatirinə deyil, əsərin mahiyyətindən doğur.

5. Onun gülüşü ifşaedici gülüş, “qara yumordeyil, analitik gülüşdür, şərhə gəlir, konteksti var.

Yumor ironiya yarada bilmək bacarığı ustalıq tələb edir. Çünki yumor iki kontekstdə risklidir. Birincisi yumor anlaşılmaya bilər əsərin mahiyyətini dolaşığa salıb oxucunu azdırar, ikincisi isə ironik fikrin başqa dillərdə eyni effekti doğurmur. Ancaq Y.Səmədoğlunun ironiyası yumoru bu iki problemi dinməzcə aşır. Maraqlıdır; bizi əsərin yazıldığı dövrlə həm həmin yumor ironiyalar bağlayır. Bununla da bizə aydın olur ki, o dövrdə nəyə gülürlərmiş ən əsası yazıçı nəyə ironiya edirmiş, təbəssümdən yaranan qırışların dərinliyi nədir.

Əsərlərdən gətirilən misalların bəziləri, olsun ki, müstəqil olduğundan hansı dərəcədəsə öz qüvvətini itirir, ancaq biz o sağlam yumorla əsər daxilində tanış olanda, uzağa vuran nişanlar yaxşı aydınlaşanda təbii ki, daha təsirli olur. Y.Səmədoğlunun yaradıcı üstünlüyü həm ordadır ki, o, əsərə müdaxilə etmir, snayper atıcısı kimi elə yer seçib hədəfi vurur ki, öz yeri (müəllifin yeri) bilinmir. Bu anlamda Y.Səmədoğlu azsaylı nasirlərimizdəndir ki, onun mənini əsərin içində aşkarlamaq, “bunları o yaşayıbmı deyədüşünmək bir az çətin olur.

Çexovun 6000-ə qədər qəhrəmanı olduğunu nəzərə alsaq yazıçının hər obrazında özündən nəsə var fikri ilə razılaşsaq, bizi həmin xətti tutub Çexova sarı getsək, heç dəqiq ünvana yetişmiş olmarıq. Çexov yazırdı ki, “hekayələrimdəki 5 obrazdan biri mənəm”. Bəs görəsən, hansı idi o? Y.Səmədoğlu da bu mənada ustalıqla yazıb öz mənini ələ verməyib, ancaq bir az xatirələrdən, bir az yazıçıyla bağlı bioqrafik məqamlardan ONU tanıyırıq. Onun əsərlərindəki yumoristik məqamlardan belə bir nəticə hali etmək olur, kənarda xeyli həyat təcrübəsinə malik, alnının qırışları cahanın qədimliyi ilə həmahəng olan, xeyli təcrübəli bir yazıçı bütün məsələlərdən xəbərdardır, özü dinmir, sadəcə hamını (Temiri , Səbsəzli kişini s.) danışdırıb dillərinin altından çıxardır kimisə pərt eləmədənürəyində gülür”. Bu göz önünə gələn, gümandır həm . Çünki indi mətni müəllifin həyatı ilə bağlamaq o qədər keçərli sayılmır.

Y.Səmədoğlunun yumoru bir məqama görə diqqətə layiqdir. Bu hadisələrə gülüb dayanmırsan, gülüb sonrasa düşünürsən. Eyni zamanda, gülüb unutmursan, situasiyanı-situasiyaya xatırlayırsan. Sanki iksirli bulaqdan götürülübtükənmir.

...“torpağı bir yerdən götürülübməsəlini müəyyən məqamda həm oxucu ilə mətnə aid edə bilərik. “Qətl günüromanı əsasında fikrimi əsaslandırım. Y.SəmədoğlununQətl günüromanını oxuyub unudursan, bəlkə yaddaşında bir cümlə qalmır, ancaq bircə kəlmə kimsə xatırladan kimi, sanki yaddaşın bərpa olunur, oxuduqlarını xatırlayırsan. Romanın da mahiyyətində yaddaşın müəyyən mərhələdə bərpa olunması, baş verənlərin unudulmaması s. məqamları var. Əsərdəki Sarıca oğlu Məhəmməd Zülfüqar kişi münasibətləri elə bil həm oxucu  yazıçı münasibətlərdir. Kitab Sarıca oğlu Məhəmməddir, oxucusa Zülfüqar kişi. YaxudQətl günündəki üstün bir cəhət odur ki, anlamadığın məqamları belə yüngül, yalançı intellektuallıq hesab etmirsən, əksinə beyninin qırışlarını daha tarımçəkibdüşünməli olursan, sövqi-təbii anlayırsan ki, problem səninlə bağlıdır, əsərə aid deyil. Bu əsərdəki ironik məqamlar o qədər canlı, təravətli arifanədir ki, doğurdan da, insan heyrət edir. Dövrlərin dəyişimindən yazılmış bu əsər hər üç dövrdə zaman uyğun ironik çalar tapılıb. Qəribədir ki, Y.Səmədoğlunun yarımçıq qalanDeyilənlər gəldi başaromanı da dövr dəyişiminə təsadüf edir. Dövr dəyişimi ironiya etmək üçün çox uyğun dönəmdir. Çünki keçmiş artıq dəbdə deyil, ələ salınası tərəfləri var, yaranansa hələ oturuşmayıb, bəyənilmir. Ona görə müəllifindörd bir tərəfədeyəsi sözü var.

Bu günlərdə Anarın Y.SəmədoğlununSeçilmiş əsərləri yazdığı ön sözü oxudum, “Deyilənlər gəldi başaromanı barədə yazır: “Hər dəfə soruşandaRoman necə oldu, haçan bitirirsən? – “İşləyirəm, işləyirəm, ciddi işləyirəm, sağlıq olsun”.  Doğrudan da, Y.Səmədoğlunun 16 hekayəsini, 2 romanını oxuyanda hiss etdim ki, o bütün yazdıqlarınısağlıq olsuntəmkiniylə işləyib. Bütün əsərlərindəmə qoyulduğuaşkar görünür. Ona görə onun əsərlərində gülüş tələskən irişmək deyil, rahat gülüşdür, mahiyyətlidir.

 





11.03.2014    çap et  çap et