525.Az

Arif Hacılı və Gülağa Aslanlı Bakıya qayıdıb


 

Arif Hacılı və Gülağa Aslanlı Bakıya qayıdıb<b style="color:red"></b>

Martın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı və digər başqan müavini Gülağa Aslanlı Bakıya qayıdıblar.

Bu barədə APA-ya məlumat verən G. Aslanlı deyib ki, onlar gecə saat 03:00 radələrində vətənə dönüblər. G. Aslanlı heç bir əsas gətirilmədən Rusiya hüquq-mühafizə orqanları tərəfindən Mahaçqalada saxlanıldıqlarını və geri göndərildiklərini bildirib. O, hadisə ilə əlaqədar bu gün partiyanın qərargahında mətbuat konfransı keçirəcəklərini söyləyib.

 





11.03.2014    çap et  çap et