525.Az

Gülzar İbrahimova “Qonağım ol”rubrikasında


 

Gülzar İbrahimova “Qonağım ol”rubrikasında<b style="color:red"></b> Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Gülzar İbrahimova oldu.

525.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.


Görüş çərçivəsində, yazar yaradıcılığında Bahara və Novruz bayramına həsr etdiyi nağıl, şeir, hekayələri və kitabları haqqında ətraflı məlumat verdi. Həmçinin yaradıcılığının ən gözəl nümünələrini ifa edən yazıçı izləyicilərin “Uşaqlar üçün yazıb yaratmaq potensialını nə zaman özünüzdə kəşf etmisiniz?”,“Yaradıcılığınızın şah əsəri hansıdır?”, “Sevilən uşaq ədəbiyyatı nümünələri yazmaq üçün yazıçıda hansı xüsusi fərdi keyfiyyətlər olmalıdır?” kimi bir çox maraqlı suallarını canlı yayım vasitəsi ilə cavablandırdı.


Yazıçı, sevilən uşaq yazarı olmaq və gözəl uşaq ədəbiyyatı nümünələri yazmaq üçün ilk növbədə uşaqları çox sevmək lazım olduğunu və ən əsası da uşaq psixologiyasını yaxşı bilmək gərəkdiyini qeyd etdi.


Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşdı.

 





19.03.2021    çap et  çap et