525.Az

Tanınmış tarixçi Eldar İsmayılov vəfat edib


 

Tanınmış tarixçi Eldar İsmayılov vəfat edib<b style="color:red"></b> Bakı Dövlət Universitetinin "Slavyan xalqları tarixi" kafedrasının professoru, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov 63 yaşında vəfat edib.
 
Lent.az-ın məlumatına görə, E. İsmayılov martın 9-dan 10-na keçən gecə ürək tutmasından dünyasını dəyişib. O, martın 10-da Bakıdakı «Qurd Qapısı» qəbristanlığında dəfn edilib.
 
E. İsmayılov 1950-ci il marın 30-da Bakıda anadan olub.
 
1967-ci ildə Bakı Dövlət Universitetinin Tarixi Fakültəsinə daxil olub. 1971-ci ildə Moskva Dövlət Universitetinə köçürülüb, 1973-cü ildə oranı bitirib. 1973-1976-cı illərdə Moskva Dövlət Universitetində aspiranturanı oxuyub.
 
1977-ci ildə ömrünün sonunadək Bakı Dövlət Universitetində işləyib.
 
«Azərbaycan cəmiyyətinin  sosial strukturunda dəyişiklik (1967-1970)» mövzusunda doktorluq işini müdafiə edib.
 
1997-ci ildən “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi adlı qeyri-hökumət təşkilatına da rəhbərlik edib.
 
Allah rəhmət eləsin.
 





11.03.2014    çap et  çap et