525.Az

Qar yağacaq


 

Qar yağacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq martın 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-9 dərəcə enəcək.
 
Martın 12-dən 13-ü gündüzədək güclü şimal-qərb küləyi əsəcək.
 





11.03.2014    çap et  çap et